Haçansa, kefinin xoş saatında,
İlahi, təzədən yadına düşsəm,
Təzədən toplasan qırıqlarımı,
Sınıq əllərimi, ayaqlarımı,
Ağzımı, burnumu, qulaqlarımı,
İlahi, təzədən calasan məni,
dünyanın ən gözəl güzgüsü ollam.
Təzədən dünyaya yollasan mani,
bu adam olmaram, özgəsi ollam,
İlahi, al məni bunun əlindən!..