Mary

Mary
@marymammadly
Baku, Azerbaijan
24 okur puanı
Aralık 2021 tarihinde katıldı

Mary

, bir kitap okudu
10/10
·600 syf.··
Beğendi
·
2023 25. kitabı
Daniel Keyes
8.8/10 · 982 okunma
Reklam
Ve yazın, erkekler ne der diye düşünmeden yazın!
10/10
·160 syf.··
Beğendi
·
2023 24. kitabı
"Para kazanın, kendinize ait bir oda ve boş zaman yaratın. Ve yazın, erkekler ne der diye düşünmeden yazın!" Bu kitab uzun müddətdir oxumaq istədiklərimin arasında idi və hal-hazırda "Yaxşı ki alıb oxudum!" Dediklərimdəndir. "Kendine ait bir oda"nı Ədəbiyyatda feminizm məqaləsi kimi adlandırırlar, çünki Virginia Woolf qadınların həyatda və ədəbiyyatdakı yeri ilə bağlı, cəmiyyətin qadınlara verdiyi rolu və qadına olan baxış bucağını açıq şəkildə gözümüzün önünə qoyur. Və bunu edərkən, tarixdən müəyyən misallar gətirir, üzücü olan bu qədər il keçməsinə rəğmən ( kitab 1929-cu ildə nəşr olunub) qadının cəmiyətdəki yerinə olan fikirlərin dəyişməməsidir. Kitabı oxumazdan əvvəl Virginia Woolf haqda araşdırmışdım və bir neçə dəfə intihara cəhd etdiyini gördüm. Bir təhlildə isə bunu oxudum: Oğuz Atay intihar edərkən, "Beni hemen anlamalısın, çünkü ben kitap değilim, çünkü ben öldükten sonra kimse beni okuyamaz, yaşarken anlaşılmaya mecburum. " dediyini bilirdiniz? Virginia Woolfu da anlaşılmamaq, cəmiyyət tərəfindən dəli kimi başa düşülmək öldürdü. Hal-hazırda bir çox insan, xüsusilə ölkəmizdəki insanlar feminizmin Kişi düşmənliyi olmadığını qəbul etməkdə çətinlik çəkir. Çünki ölkədə bunu düzgün təbliğ edə bilməyən bir neçə qadın var və insanlar da həmişə olduğu kimi, ilk pisi görməyi bacarırlar. Virginia Woolf əsərdə bir neçə yerdə vurğulayır ki, dərdimiz kişilərlə yox, cəmiyyətin cinsiyyətlərə biçdiyi mənasız rollarladır. Hətta yazıçı bir neçə yerdə qadınları da günahlandırır. Düşünür ki, niyə analarımız, nənələrimiz və onların anaları, qadın olduqları halda kişilərin üstünlüyünü qəbul eləyiblər? Bu yerdə bizdə də belə deyirlər, qadınların düşməni elə özləridir. Hələ bir çox kişi, "Qadın haqları yetərincə müdafiə edilir, kişilərin haqları yox", deyir. Buna cavab olaraq
Kendine Ait Bir OdaVirginia Woolf · İndigo Kitap · 201748,2bin okunma
10/10
·304 syf.··
Beğendi
·
2023 23. kitabı
Kitab məni çox təsirləndirdi və ən bəyəndiyim kitablar siyahısına əlavə oldu deyə bilərəm. Əsərin baş qəhrəmanı Madame Bovary (Emma), sevgiyə möhtac bir qadın obrazıdır. Sevginin həyatımızda nə qədər böyük rol oynadığını bir daha anlamış oldum. Emma oxuduğu kitablardakı gözəl sevgilər ilə beynini elə doldurub ki, gerçək həyatı onu heç məmnun etmir və həyat yoldaşını sevmir. Emmanın həyat yoldaşı Charles Bovary savadlı həkimdir və Emmanı çox sevir, ancaq onu anlamır, başa düşmür, yaxud da deyə bilərəm ki sadəcə fikirlərini yox, istək və xəyallarını, hislərini anlamaq istəmir. Emmanın isə ən çox ehtiyac duyduğu şey anlaşılmaqdır, ən çox bu uzaqlaşdırır yoldaşından onu. Xəyallarının anlaşılmasını gözləyən Emmanı, yoldaşı o xəyallarla birgə bir evə həbs edir sanki. Ümumiyyətlə, evlənməməsi gərəkən iki fərqli dünhaların insanları idilər. Emma xəyallarda, Charles isə gerçək həyatda yaşayan birisi idi. Kitabın əsas mövzusu da elə bu idi: İllərdir xəyallarla yaşayan bir qadının gerçəkliklər qarşısındakı xəyal qırıqlığı və ümidsizliyi... Bu arada, kitaba başlamazdan əvvəl mövzusu haqda bilgim var idi deyə, Emmaya içimdə bir mühakiməedici hiss ilə yanaşaraq oxuyurdum, lakin sonradan fikrimi dəyişdim və əslində yazıçının da deməyə çalışdığı fikri anladım. Məncə, hər kitabsevərin rəfində olması gərəkən bir əsərdir. Mən kitabdan çox təsirləndim və çox sevdim. Flaubert çoox ağır yazı üslubuna sahib olsa da, kitabı oxumaq mənim üçün zövq idi. Bu cür əsərlər ingiliscə hissləri daha çox ötürü mənim fikrimcə, ona görə ingilis dilində oxudum.
Madame BovaryGustave Flaubert · Wordsworth · 040,8bin okunma