Mary

Mary
@marymammadly
Baku, Azerbaijan
Relslər Üzərinə Uzanmış Adam
Puan vermedi·424 syf.··
2023 29. kitabı
·
32 günde okudu
·
Okunma: 10 Eylül 2023 12:57
Bu kitabla, yazıçının yaradıcılığı ilə ilk dəfə tanış oldum. Sadə dil ilə yazılan, amma bir o qədər də təsirli və ifadə vasitələri yormadan işlədilən cümlələrlə dolu bir roman idi. Axıcılığı da insanı kitabı tez zamanda bitirməyə sövq edir. Gah təsirləndiyim, gah kövrəldiyim, sevgi dolu olduğum, bəzən də psixologiyamın pozulduğu bir kitab oldu Əsərdə müharibə və onun məsum, günahsız qurbanlarından da danışılırdı. Çox dərin duyğularla zəngin bir kitabdır. Əsərdə relslər üzərində intihar etməyə qərar vermiş iki yad insanən həyatından bəhs olunur. Onlar relslər üzərində uzanıb qatarın gəlməyini gözlədikıəri müddətdə bir-birləri ilə həyat, ölüm və başqa mövzularda öz fəlsəfi düşüncələrini müzakirə edirlər. Sonra da öz həyatlarından danışmağa başlayırlar... Kitabda serblər və boşnaklar arasında olan düşmənçilik və müharibədən də epizodlar var. Müharibənin o dəhşətli nəticələrinin, insanların həyatlarını necə məhv etdiyinin onların həyatında bir ömür unuda bilməyəcəkləri dərin izlər buraxmasının şahidi oluruq. Diqqət! Bu əsərdə sevginin gücünə şahid olacaqsınız! İnanıram ki, real həyatda da bu cür sevən və sevilən insanlar var. Kitabı hər kəsə tövsiyə edərdim. Xoş mütaliələr, Kitab və sevgi ilə qalın!
Relslər Üzərinə Uzanmış AdamRövşen Abdullaoğlu · Qədim Qala · 20201,802 okunma
Reklam
10/10
·350 syf.··
Beğendi
·
2023 28. kitabı
"Sabahı düşünən adam heç vaxt qəhrəman ola bilməz." "Gözlərini,qulaqlarını bağla və ruhunu aç!" Bu kitaba başlayanda elə bilirdim ki sadəcə sevgi romanıdır.Ona görə bu kitabı oxumağa təəssüf ki gecikdim.Amma ön planda Əli və Ninonun bir-birinə qarşı olan sevginin olmasına baxmayaraq,onların vətənlərinə olan sevgisini də gözdən qaçırmaq olmur.Əli və Ninonun məktəb yaşlarından başlayan sevgisini,ölkələr arasında olan savaşı,mədəniyyətlər arasındakı fərqi və başqa baxış bucaqlarını əhatə edən möhtəşəm bir kitabdır ! Kitab təhlili edərkən kitabda baş verən hadisələrdən danışmağı sevmirəm,çünki daha çox onun məndə yaratdığı təəssüratla sizdə maraq oyatmağa çalışıram və deyə bilərəm ki bu mükəmməl əsəri oxumamısınızsa,mütləq əldə edin. Qurban Səidin qələmi o qədər axıcıdır ki,insan kitabı əlindən qoymaq istəmir,qısa müddətdə oxuyub bitirir.Hər kəsə tövsiyəmdir
Əli və NinoKurban Said · Qanun Nəşriyyatı · 03,271 okunma
İrqçilik ideoloji bir düşüncə deyil,əksinə psixoloji bir xəstəlikdir.
10/10
·448 syf.··
Beğendi
·
2023 27. kitabı
"-Sən zənciləri müdafiə edirsən Atticus? -Əlbəttə,müdafiə edirəm.Zənci demə Scout,bu kobud səslənir. -Məktəbdə hamı belə deyir. -Bundan sonra o hamıdan bir nəfər əksiləcək." 1960-cı ildə ilk nəşrindən indiki zamanadək kitabsevərlərin rəfində özünəməxsus yeri olan bu kitab Amerikanın cənubunda baş verən irqçilik və bərabərsizlikdən bəhs edir. Kitabın mənim üçün ən önəmli tərəfi irqçilikdən əlavə,geridəqalmış bir cəmiyyətdə bi atanın uşaqlarını necə böyütməsi gərəkdiyini çox gözəl izah etməsi idi.Və yazıçı bunu 7 yaşlı balaca Scoutun gözündən çox yaxşı təsvir edib. Onu deyim ki,kitabın demək olar ki ortalarında Scoutun qız olduğunu öyrənməyim məni şok elədi Kitaba başlayandan oğlan olduğunu sanırdım və uşaqlar ona Bayan Scout deyəndə qorxaqlıq elədiyi üçün ləqəb taxdıqlarını düşünmüşdüm :D Ədəbi dəyəri böyük olan və insanın oxuduqda çox şey öyrəndiyi bu əsəri mütləq əldə edin. Son olaraq mənim çox sevdiyim bir cümləni paylaşacam: •"İrqçilik ideoloji bir düşüncə deyil,əksinə psixoloji bir xəstəlikdir."-Malcolm X Malcolm X'in də dediyi kimi irqçiliyin,rasistliyin hər cürəsi xəstəlikdir,yox edilməli virusdur.Görünüşünü özü seçə bilməyən bir insanın irqiylə,diliylə,diniylə onu mühakimə etmək sadəcə cahil insanların bacarığıdır.
Bülbülü ÖldürməkHarper Lee · Qanun Nəşriyyatı · 201988,6bin okunma
"Vicdan anımsadıqca heç bir günah unudulmaz..."
10/10
·460 syf.··
Beğendi
·
2023 26. kitabı
"İnsan ancaq başqaları üçün də bir dəyəri olduğunu anlayanda varlığının anlamını və önəmini qavraya bilir..." "Ancaq insanı əsl kədərləndirən,üzən şey gözündə canlandırdığı xəyali acılar deyildi.Gözlə görülüb hiss edilənin acısı bambaşqa idi..." Mərhəmət və kiməsə acımaq.Bunlar sadəcə adı duyğulardır?Yoxsa insanın həyatını alt-üst edə biləcək dibsiz bir quyudur?Acımaq,hiss etməkdir,yoxsa hissiyatsızlıqdır? İl ərzində oxuduğum ən yaxşı kitab oldu.Hamıya asanlıqla tövsiyə edəcəyim əsərdir.Yaxşı ki, bu kitabı oxudum. Kitab insanda elə buruq hiss buraxır ki,başqa kitaba keçmək istəmirsən,uzun müddət bu olanlar haqda düşünürsən. Kitabın sonu da çox qəribə oldu mənim üçün.Yəni,oxuduğum müddətdə təxminlər elədim beynimdə,amma heç biri tutmadı.Stefan Zweig həmişəki kimi öz nöqtəsini qoydu.Bir də ki,bu yazıçın digər kitablrından tamamilə fərqlənən əsər idi. Zweigi sevmə səbəblərimdən biri də,fikrini izah edərkən təsvir vasitələrindən bol-bol istifadə etməsidir.Bu çox xoşuma gəlir Daha çox uzatmaq istəmirəm,sadəcə alın və bu kitabı oxuyun.İnanın mənə çox şey örənəcəksiniz.Sizə çox şey qatacaq bu əsər
Sabırsız YürekStefan Zweig · Can Yayınları · 20167,5bin okunma
10/10
·600 syf.··
Beğendi
·
2023 25. kitabı
Hekayə gerçəkdir.Amerikada 1970-80-ci illərdə baş vermişdir.Baş qəhrəman Billy Milliganda bipolyar şəxsiyyət pozuntusu var və tamm olaraq 24 şəxsiyyətə sahibdir.Billy bir təcavüz olayı ilə tutulur və xəstəliyi,daxilindəki şəxsiyyətlər yavaş-yavaş ortaya çıxır. O zaman Billy Milligan tutulanda,bütün dünya ondan danışırmış.Televizorlarda,qəzetlərdə,bütün kütləvi informasiya mənbələrində o və onun xəstəliyindən bəhs edilirmiş. O zaman bu şəxsiyyət pozuntusu xəstəliyi yeni məlum olubmuş insanlara.. Bəli kitab çoox maraqlı və axıcıdır,sanki bir film izləyirsiniz kimi hiss etdirir.Hətta sonradan kitabın əsasında film çəkildiyini də öyrəndim.(Baxmaq istəyənlər üçün,filmin adı-"The Split") Həqiqətən çox maraqlı əsərdir,oxuduqca Billyə çox üzüləcəksiniz.Çox maraqlıdır,oxumağınız tövsiyədir
Billi Milliqanın Sirli HekayəsiDaniel Keyes · Qanun Nəşriyyatı · 2019982 okunma
Reklam