Mary

Mary
@marymammadly
Baku, Azerbaijan
Puan vermedi·184 syf.··
2023 21. kitabı
Bu kitabı isə bir az fərqlidir, çünki Stefan intihar etdiyi üçün bu əsəri yarım qalır, onun qaralamalarını tapıb davam etdirən Knut Beck kitabı tamamlayır. Amma bunu oxuyarkən sonlara doğru hiss etməməyiniz imkansızdır. Yəni, hafidəni bilməsəniz belə, kitabın sonlarına foğru qələmin dəyişdiyi çox bəllidir. Baş obrazımız Clarissa, atası Avstriyalı zabit Schuhmeister tərəfindən çox qatı disiplinlə böyüyür və bunun təsirlərini kitab boyu açıq-aşkar görürsünüz. Anasını kiçik yaşlarında itirən Clarissa, atasının sərt qadağa və qaydaları arasında boğulan, heç vaxt özü olmağı bacara bilməyən bir qızdır. Monastırdan ayrıldıqdan sonra da özündəki içə qapanıqlığı qırmağı bacaran Clarissanın ən böyük şansı sonrakı dövrlərdə bəxti gətirməyəcək sevgisidir. Clarissa aşiq olur və keçmişimizə, bugünümüzə və hətta sabahımıza təsir edəcək bir müharibənin kölgəsində qalan bir sıra faciələr bu sevgini məhv etməklə yanaşı, çox şeyi məhv edir... Zweigin bu əsəri insanda qəribə bir təəssürat oyadır: bu, insanın çox arzuladığı, lakin həyata keçirə bilmədiyi yarımçıq xəyallara bənzəyir. Əminəm ki, siz də bu əsəri oxumusunuzsa bu hislərlə qarşılaşmısınız. Kitabda həm qadın gücünü, həm də çarəsizliyi iliklərinizə qədər hiss edirsiniz. Ən əsası, bir qadının özündən başqasına ehtiyacı olmadığını və içindəki güclə nələri bacara biləcəyini görəcəksiniz. Axıcı və təsirli əsər idi, tövsiyə edəcəyim kitablar arasında öz yerini tutmağı bacardı, alıb oxumalı olduqlarınızdandır.
ClarissaStefan Zweig · Türkiye İş Bankası Kültür Yayınları · 201717bin okunma
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅

Mary

, bir kitap okudu
Puan vermedi·184 syf.··
2023 21. kitabı
Stefan Zweig
7.8/10 · 17bin okunma
Çox qısa kitab, bir o qədər maraqlı mövzu!
Puan vermedi·56 syf.··
2023 20. kitabı
Hər kəsə salam, sizə çoox qısa müddətdə oxuduğum axıcı, sadə dildə amma bir o qədər də maraqlı bir kitab haqda danışacam Fitzgerald bu əsərini yazarkən Mark Twainin "Həyatın ən gözəl hissəsinin başda, ən pis hissəsinin isə sonda olnası necə kədərlidir..." cümləsindən ilhamlanaraq yazdığı deyilir. Benjaminin qəribə hekayəsi ondan ibarətdir ki, bu insan dünyaya yaşlı olaraq gəlir və getdikcə gəncləşir Çox qeyri-adi və maraqlı mövzuya sahib bu əsərdə Benjaminin bu qəribəliklə həyatını yaşamasından bəhs olunur. Kitab o qədər qeyri-adidir ki, bu #hollywood -un gözündən qaçmayıb və filmini də çəkiblər. Kitab sevməyənlər ( ümid edirəm səhifədə elə birisi yoxdur), filmini də izləyə bilər, həqiqətən çox maraqlıdır!
Benjamin Button'ın Tuhaf HikayesiF. Scott Fitzgerald · Türkiye İş Bankası Kültür Yayınları · 202027,8bin okunma
10/10
·64 syf.··
Beğendi
·
2023 19. kitabı
Birdən-birə mənə nə oldu, niyə bu qədər çox Stefan oxumağa başladım bilmirəm, amma həqiqətən hər əsərini böyük bir zövqlə oxuyuram və hər dəfəsində mənə çox şey öyrədir. Bu əsəri isə "Sabırsız Yürek"-dən sonra məndə şok yaradan ikinci kitabı idi. Kitaba gəldikdə, ilk olaraq sizə kitabın adındakı "Amok"-un nə olduğunu izah etmək istərdim. Amok psixoloji bir xəstəlikdir. Bu amansız xəstəliyə düşən insanlar kiməsə hücum edir, şiddət göstərir və adətən bunun sonu ölümlə nəticələnir. Malayziya, Puerto Riko və Filippinlərdə yayılan, guya mədəni bir təbiətə sahib olan nadir bir sindromdur, halbuki modernləşdirilmiş mədəniyyətlərdə də hadisələr baş vermişdir. Dünyada baş verən bəzi qatil və ya cinayətkarların xəbərlərində, çox güman ki görmüsünüz, insanları kütləvi şəkildə yaxud da sadəcə bir nəfəri öldürüb, sonda özünü öldürən qatilləri. Bunların hər biri, "Amok Koşucuları"-dır. Kitabdakı hadisələr isə Avropaya dönüş edən bir gəmidə səyahət zamanı baş verir. Bu hadisələri danışan şəxs bir gecə onu burada gördüyünü heç kəsə deməməsini istəyən Alman həkimlə tanış olur. Ertəsi gün bu həkimin yanına yenidən gəlir və söhbət edirlər. Həkim ona içki təklif edir və öz hekayəsini danışmaq istəyir, beləcə həyatı boyu yaşadıqlarından məhv olan bu həkimin hekayəsini dinləmiş oluruq. Stefan əsərdə oxuyucularına peşmanlıq, iztirab, bağlılıq, gözlənti, qeyri-müəyyənlik, ümidsizlik və bunun kimi duyğu durumlarını çox gözəl yaşadır. -Amok nədir bilirsiniz? -Amok? Hə, deyəsən bilirəm, bir növ sərxoşluqdur. -Sərxoşluqdan daha çoxudur. Bu normal bir alkoqol zəhərlənməsi ilə müqayisə edilməyəcək növdə bir dəlilik, insan quduzluğu, ölümcül və mənasız bir xəstəlikdir. İnsan arzuları 60 səhifədə yalnız bu qədər mükəmməl ifadə edilə bilərdi və bunu yəqin ki sadəcə Stefan bacarardı!
Amok KoşucusuStefan Zweig · Türkiye İş Bankası Kültür Yayınları · 2021134,6bin okunma