Shantaram- Tanrının hüzur bəxş etdiyi mənasına gəlir.
İlk onu deyim ki Shantaramı oxuyanda Hindistan, Bombay küçələrində gəzirmiş kimi hiss edəcəksiniz. Bir çox adam sırf qalınlığına görə kitaba başlamaqdan çəkinir, amma inanın mənə axıcı və maraqlı olduğundan, çox həvəslə oxuyacaqsınız.
Shantaram sadəcə Hindistandan bəhs edən kitab deyil. Dostluğu, sevgini, sədaqəti, vaz keçməyi, yaşamağı və ölkə mədəniyyətini anlatan bir əsərdir. Əslində kimsə məndən soruşsa ki, bu kitab nə haqdadır, dünyadakı hər şey haqdadır deyərəm.
Kitab yazıçının öz yaşadığı gerçək hadisələrdən yazılıb, bu daha heyrətamizdir.Əsərə keçdikdə, həbsxanadan qaçan bir adamın hekayəsidir. Həyatını qaçaq tərzdə yaşayan bu adamın həbsdən əvvəlki olan həyatı, yaşadıqlarıyla bağlı mükəmməl bir hekayə
Ən başda Linbaba olmaq üzrə, Lord Abdul Kadir Han, Karla, Prabaker, Abdullah Taheri, Didier, Vikram Patel, Johnny Cigar və hətta Ayı Kano... Və başqa unudulmaz personajlarla unudulmaz əsər idi. Kitabı oxuyarkən onların həm vəhşət həm də sevgi dolu dünyalarına səyahət etmək çox maraqlı idi.
Kitabda yer alan fəlsəfik düşüncələr insanı fikirləşməyə çoox vadar edir, bəzən isə sadə şeylərə çox məna yüklədiyimi düşünürdüm. Yəni açığı fəlsəfi fikirlər məncə həddindən çox idi və bu insanı bəzən yora bilir.
Kitabı oxuyarkən personajları internetdən araşdırırdım. Mənim ən sevdiyim və araşdırarkən ən həyəcanlandığım personajlar Prabaker, Kadirbhai və Karla olmuşdu. Ən favorim isə təbii ki Prabaker idi
Uzun sözün qısası, Shantaram haqda ümumi fikirlərim bundan ibarətdir. Bu kitab haqda çox suallar alırdım, ümid edirəm cavabını bu postda verə bildim. Ancaq hamınıza tövsiyə edirəm bu əsəri oxumağı və Hindiatanın rəngarəng küçələrinə səyahət etməyi