Mary

Mary
@marymammadly
Baku, Azerbaijan
Puan vermedi·267 syf.··
Beğendi
·
2023 15. kitabı
"İçimizdə şeytan yoxdur... İçimizdə acizlik var...Tənbəllik var...İradəsizlik, bilgisizlik və bunlardan ən qorxuncu: həqiqətləri görməkdən qaçmaq hissi var..." Sabahattin Alidən oxuduğum 2-ci əsər idi. Birinci oxuduğum kitab qədər (Kürk mantolu madonna) təsirli və möhtəşəm idi. Bir çox oxuyucu mənə bu əsəri bətənmədiyini, oxuya bilmədiklərini söyləsə də, mən çox bəyəndim. İnsan həyatında həmişə səhvlər, xətalar edir, bəs bunların hamısını içimizdəki şeytanın üstünə atmaq nə dərəcədə doğrudur? "...Halbuki nə şeytanı,əzizim? Bu sadəcə bizim qürurumuzun bir uydurmasıdır. İçimizdəki şeytan sadəcə bir qaçış yoludur. İçimizdə şeytan yoxdur..." Kitab sevgi romanı olaraq adlanır, amma oxuduqca başqa detalları daha çox görmək mümkündür. Kitabda güclü qadın obrazının olması isə ayrı gözəl idi. Mən sevərək oxudum, sizə də tövsiyə edə biıəcəyim bir əsər oldu!
İçimizdeki ŞeytanSabahattin Ali · İş Bankası Kültür Yayınları · 2024208,8bin okunma
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅

Mary

, bir kitap okudu
Puan vermedi·267 syf.··
Beğendi
·
2023 15. kitabı
Sabahattin Ali
8.2/10 · 208,8bin okunma
"Xırda dəyişikliklər böyük nəticələr yaradır!"
Puan vermedi·320 syf.··
Beğendi
·
2023 14. kitabı
Hər kəsə salaam, fərdi inkişaf kitablarını heç sevməyən biri olaraq, sizə çox sevərək oxuduğum və mənə yeni şeylər öyrədən kitab haqda danışmaq istəyirəm. Böyük ehtimal, bu kitabla sosyal medyada rastlaşmısınız, qısa müddətdə populyarlaşan və sevilən bir kitabdır. Uzunmüddətli nəticələrə nail olmağın sirri daim daha yaxşı olmağa çalışmaqdadır. Kitabın əsas məqsədi kiçik dəyişikliklər edərək faydalı vərdişlər yaratmaq, bununla da həyatımızı daha yaxşı etməkdir. Kitabın ardıcıllığı çox xoşuma gəldi. İlk hissədə kim olduğumuzu təyin etməklə başlayır və növbəti hissələrdə qazanmalı olduğumuz vərdişləri, onları necə qazana biləcəyimizi göstərir. Kitabdakı maraqlı fikirlərdən biri də "Özümüzü müəyyən qəliblərə utğunlaşdırmamaq" idi. Məsələn, "Mən həkiməm." Desəniz, peşənizi itirdikdən sonra kimliyinizi də itirmiş olarsınız və bir boşluğa düşərsiniz. Amma, "Mən insanlara faydalı olmağa çalışan bir insanam" desəniz, kimliyinizi itirməzsiniz. Ümumilikdə kitab faydalı və işəyarar idi, tövsiyə edə biləcəyim fərdi inkişaf kitablarından biri oldu.
Atomic HabitsJames Clear · Avery Publishing · 201821,1bin okunma
10/10
·424 syf.··
Beğendi
·
2023 13. kitabı
Son zamanlarda oxuduğum ən ən ənnn mükəmməl əsər idi... Bu qədər gec oxumuş olmağım isə üzdü məni, kaş daha öncədən oxusaydım bu möhtəşəm şah əsəri Gəlin ilk öncə bir az kitab və yazıçı haqda qısa məlumat verim, əsərin müəllifi məşhur ingilis qadın yazıçı Jane Austendir. Kitab 1796-1797-ci illərdə yazılıb, lakin 1813-cü ildə nəşr edilib. Kitabda yazıçının öz sevgi həyatından da bəzi izlər var. "Pride and Prejudice" (Gurur ve Önyargı/Qürur və Qərəz) bir sevgi romanı olaraq adlandırılır, lakin kitabın arxa planında dövrün tənqidi, cəmiyyətin qadına verdiyi dəyər, evliliklə bağlı bəzi mühüm məsələlər də var. Əsərdəki hadisələr 1800-cü illərdə İngiltərədə baş verir. Orta təbəqədən olan Bennet ailəsinin həyatından bəhs edilir. Ailədə 5 qız uşağı var və analarının tək dərdi isə onları varlı, soylu insanlarla evləndirməkdir. Əsərdə bu ailənin qızlarından biri olan Elizabethin qərəzi (önyargı) və olduqca zəngin, soylu ailədən olan Mr. Darcynin qüruruna rəğmən aralarında keçən sevgidən bəhs olunur, kitabın adı da elə bununla əlaqəlidir. Kitab haqda çox spoiler vermək istəmirəm, sadəcə oxumanızı çox tövsiyə edirəm, onsuz da yəqin ki, kitab və filmi haqda internet və sosial mediada məlumatınız olub. Tək mənfi cəhəti isə, kitabda adların, obrazların çox olmasıdıe və bu insanı bir az yorur. Düzdür, rus klassikaları kimi çətin deyil, ancaq başınız qarışa bilər
Gurur ve ÖnyargıJane Austen · Türkiye İş Bankası Kültür Yayınları · 202597,8bin okunma