- Mən bu fikirdəyəm ki, - deyə Konstantin cavab verdi, - heç bir fəaliyyət şəxsi mənafeyə əsaslanmadan möhkəm və davamlı ola bilməz. Bu, ümumi həqiqət, fəlsəfi bir həqiqətdir, - deyə o, qəti bir ifadə ilə “fəlsəfə” sözünü təkrar etdi və sanki bununla da başqaları kimi onun da fəlsəfədən danışmağa haqqı olduğunu nümayiş etdirmək istədi.