Kitabı bəyəndim,amma xəyalpərəstə çox pis oldum,gerçək eşqi tapdım deyə sevinərkən,artıq xoşbəxt həyat yaşayacağını düşündüyü bir anda tərk edilməsi insanı parçalayır.Xəyal quraraq yaşayan və xəyalında canlandırdığı həyata aşiq olan üçün bu dünya cəhənnəm kimidir,lakin ən azından insan xəyalında pisliyə yer yoxdur,mənə görə
Beyaz GecelerFyodor Dostoyevski · Türkiye İş Bankası Kültür Yayınları · 2024102,2bin okunma
Uşaq ədəbiyyatından oxuduğum və səbəbsizcə çox sevdiyim kitabdır.7dəfə heç bezmədən təkrar oxumuşam,hər dəfəsində fərqli hislərlə,sevinclə və heç oxumamış,sonunu bilmirəmmiş kimi)
Şeir oxumağı çox sevirəm,amma həsrət,ayrılıq məzmunlu şeirləri bir başqa sevirəm.Bu kitabda yazılan demək olar ki,hər bir misra bir göz yaşına dönüşdü. O misralarda sanki içimdə gizlənən bütün duyğular canlanırdı. Hər kəlmə ürəyimə toxunur, hər bənd keçmişin bir xatirəsini oyadırdı. Bəzən oxuduqca gülümsəyirdim, bəzən də bilmədən gözlərim dolurdu. Sanki şair mənim hisslərimi yazmışdı – elə bil mənimlə eyni acını, eyni həsrəti yaşamışdı.
Kitabı bağlayanda isə içimdə qəribə bir rahatlıq olurdu, sanki göz yaşlarım sözlərə çevrilib yüngüllük gətirirdi. Hər dəfə o misralara qayıdanda özümü bir az daha tanıyırdım, bir az da böyüyürdüm