Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Bu yolüstü doğmalıq məni xeyli utandırdı, hətta bir az kövrəltdi də... bu hiss yalnız uzun müddət heç bir qayğı görməyən, özü bişirib, özü yeyən yalqız adamlarda olur.
Reklam
Onun yaltaqlığı hökmdara itaət, itaəti isə Allaha yaltaqlıqdır.
Ona elə gəlir ki dünyanın harasısa həmişə müharibə meydanıdır və bütün xalqlar növbə ilə gedib orada it kimi boğuşurlar.
- Məsələn, biri elə mən, nə qədər faşist öldürməliyəm sizin üçün ? + Yaxşı döyüşsən beş-altısını gəbərdə bilərsən... - Olmaz ki, elə faşistləri gətirəsiniz, biz kənddə yabalayıb öldürək ?
Şəkil çəkdirmək istəyi insanın əbədiləşmək yanğısıdır.
Reklam
Arvadın deyingənliyini çıxmaq şərtilə həyat Kür çayı kimi axırdı.
Sonra məlum oldu ki, sən demə, orada da Anar müəllim var və dövlətin büdcəsini ədəbiyyat naminə yağmalayan Yazıçılar Birliyinin əliqəlyanlı ömürlük sədridir.
Onun ilk inqilabı evdəkiləri bərk əsəbiləşdirib, bütün qohum-qonşu, Tümendə buruq qazan dayıları, İstanbul bazarında ət alverinə baxan əmiləri, Kamçatka yarımadasında tək-tənha ərdə olan xalası, bir sözlə bütün dünya Azərbaycanlıları yığılıb gənc şairə adının dalına doğma torpaqdan bir ad götürmədiyi üçün itin sözünü deyiblər, elin xeyir-şər məclislərində itdən alıb, itə veriblər.
Az sonra Azərbaycan dilində danışmağa başladı, ilk dediyi söz "oğraş" idi. Hər bir dilin ilk yadda qalan sözləri söyüşlərdir.
Reklam
Vizyon desen var
Yadımdadır, bizim kənddə cavanların çoxu ona görə kitab oxuyurdular ki, şəhərə gəlib televizorda gördükləri Hind kinosunun vurağan qəhrəmanı Ciminin əynindəki adına rancit deyilən ağ parçadan tikilmiş şalvardan geyinsinlər və təzədən kəndə qayıdıb özlərini xeyir-şər məclislərində qız-gəlinə göstərsinlər.
O rus diliylə yaxşı bilmədiyi Azərbaycan Türkcəsini bir-birinə qarışdıraraq yeni bir dil yaradıb- biradamlıq dil.
Kənd
çaylar axar ağacların içindən, içindən, quruyarlar budaqlar öz ucundan, ucundan, quşlar qorxar buludların köçündən, köçündən, şimşək çaxar göydən qaçar yağışlar, yağışlar. doluşar ot tayasına sərçələr, sərçələr, sərçələr ot tayasında gecələr, gecələr, yorğun sürü axşam kəndə gec gələr, gec gələr, gün batınca kəndə enər yoxuşlar, yoxuşlar. gövşəyərək köks ötürər inəklər, inəklər. boylu gəlin yuyub sərər köynəklər, köynəklər, süfrə üstə pıçıldaşar bəbəklər, bəbəklər. sükut çökər, fikrə gedər baxışlar, baxışlar. səhər günəş qonşu kənddən ucalar, ucalar, oyanmamış hələ həyət bacalar, bacalar, sübhdən qalxıb namaz qılar qocalar, qocalar, diz çökərlər, allah bizi bağışla, bağışla.
Yehudilerin,yaxud muselmanlarin Qurban bayramini xatirlayin,meger onlar Allah yolunda ocaqda yandirilmis goyercin,ve teze kesilmis qoyun quzu etinden.basqa bir sey verirlermi?mence yox.Halbuki indi dunyada hec kim Allah yolunda emekhaqqisinin azaldilmasina razi olmaz.Ne ucun bizim.suurumuzda Allahin etperest olmasi barede tesevvur movcuddur?Biz bunu bilmirik,onu bilirik ki,eger her il qurban eti olmasa Allah oz bendelerinden inciye biler.
36 öğeden 16 ile 30 arasındakiler gösteriliyor.