Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Bu yolüstü doğmalıq məni xeyli utandırdı, hətta bir az kövrəltdi də... bu hiss yalnız uzun müddət heç bir qayğı görməyən, özü bişirib, özü yeyən yalqız adamlarda olur.
Baxma, cəhənnəmdəsənsə, gərək tanıdın-tanımadın, hamını sevəsən.
Reklam
Cəhənnəmdə sevgi də əzab növüdü, Azərbaycanda olduğu kimi.
Hər cadu növünün öz qiyməti var. Məsələn, Bakıda itkin düşən ərlə, Rusiyada itkin düşən ər arasında "Bakı-Gəncə" təyyarə reysilə "Bakı-Paris" reysi arasındakı qədər qiymət fərqi var.
Bir üzünə baxanda elə bütün adamlar özlərinin bədbəxtliklərini görmək imkanından məhrum yaradılıblar. Hərəmiz bir cürə xoşbəxt bədbəxtik.
Qazandakı "ölkə" isə bitib tükənmək bilmirdi. Hamı bu "ölkə"dən doyunca, partlayanacan yemək istəyirdi.
Reklam
"Şəmi-ruyin afitabi-aləmadaradır sənin Nuri-həq xurşidi-rüxsarında peydadır sənin.
Aşiq ki öz sevgisinin yolunda özünü şam kimi əridib aləmdə rüsvay olmadısa, apar onu azdır.
Danışmaqdan çəkinən, yazmaqdan qorxan, oxumaqdan iyrənən bir vətənin yazıçısı.
Tale insandan, Ölüm həyatdan yaşça böyük olacaq həmişə.
37 öğeden 21 ile 30 arasındakiler gösteriliyor.