Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur
Kənd
çaylar axar ağacların içindən, içindən, quruyarlar budaqlar öz ucundan, ucundan, quşlar qorxar buludların köçündən, köçündən, şimşək çaxar göydən qaçar yağışlar, yağışlar. doluşar ot tayasına sərçələr, sərçələr, sərçələr ot tayasında gecələr, gecələr, yorğun sürü axşam kəndə gec gələr, gec gələr, gün batınca kəndə enər yoxuşlar, yoxuşlar. gövşəyərək köks ötürər inəklər, inəklər. boylu gəlin yuyub sərər köynəklər, köynəklər, süfrə üstə pıçıldaşar bəbəklər, bəbəklər. sükut çökər, fikrə gedər baxışlar, baxışlar. səhər günəş qonşu kənddən ucalar, ucalar, oyanmamış hələ həyət bacalar, bacalar, sübhdən qalxıb namaz qılar qocalar, qocalar, diz çökərlər, allah bizi bağışla, bağışla.
Bir üzünə baxanda elə bütün adamlar özlərinin bədbəxtliklərini görmək imkanından məhrum yaradılıblar. Hərəmiz bir cürə xoşbəxt bədbəxtik.
Reklam
Yaxud yəhudilərin, onlardan sonra isə müsəl­manların Qurban bayramını xatırlayın, məgər onlar Allah yolunda ocaqda yandırılmış göyərçin və təzə kəsilmiş qoyun-quzu ətindən başqa bir şey qurban verirlərmi? Məncə, yox. Halbuki indiki dünyada heç kim Allah yolunda əməkhaqqısının azaldılmasına razı olmaz. Nə üçün bizim şüurumuzda Allahın ətpərəst olması barədə tәsәvvür mövcuddur? Biz bunu bilmirik, onu bilirik ki, guya, hər il qurban əti olmasa, Allah öz bəndələrindən inciyə bilər.
Sayfa 12 - QanunKitabı okudu
Din yenə doqquzyaşlı qızlara üz tutub. Allah özü bizi dinin bu niyyətindən qorusun.
Reklam
Baxma, cəhənnəmdəsənsə, gərək tanıdın-tanımadın, hamını sevəsən.
Hər dəfə paytaxtda avtobusa minəndə elə bilirəm hücuma keçirik, Qarabağı almağa gedirik.
Reklam
Iblis insanin zindan yoldaşıdır , sürgün dostudur. Pyer . A
O şəhərdə ki, Doğma evində türmə həyatı yaşayanlar, Sevdiyi qadını özgə arvadı kimi qucaqlayanlar, Halal çörəyini əsir düşmüş əsgər kimi çeynəyənlər var. O şəhərdə Başımızın üstündəki səma hələ göy deyil, Ayağımızın altındakı torpaq hələ yer deyil.
216 syf.
·
Puan vermedi
·
24 günde okudu
Aqşin Yenisey, müasir ədəbiyyatımızın bəlkə də ən tanınmış şair-yazıçısı...Bir çoxumuz onu gözəl şeirləri ilə tanıyırıq. Bu əsərində isə yazıçı günümüzdə olan reallıqlara bir növü öz baxış bucağından rəy bildirir.Yazıçının bəzi yerlərdə çox özünəxas fikirləri var. Kitabın bəzi yerlərində isə yüngülvari subliminal mesajlar da yox deyil.Kitab isə çox yerində həm düşündürür, həm də güldürür. Ümumən axıcı bir kitabdı, 2-3 yerindən başqa sıxıldığım yer yadıma gəlmir. Hamıya xoş mütaliələr !
Məbədin Sükutu
Məbədin SükutuAqşin Yenisey · Qanun Nəşriyyat · 201327 okunma
37 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.