Mehtab

Mehtab
@mehtabismail
Puan vermedi·128 syf.··
2025 11. kitabı
“İnsanın qəlbinin yaxşı olması üçün ağıla ehtiyacı yoxdur. Hətta məncə bunun tam tərsi olmalıdır. Çox ağıllı biri heç vaxt yaxşı deyildir.” - deyir Slim. Həqiqətən də düşünəndə Slimin haqlı olduğunu qəbul etmək olar ancaq əqli cəhətdən qüsuru olan biri nə qədər yaxşı biri də olsa, onun əqli qüsurunu onu təhlükəli etmirmi? Kitabda iki dostdan söhbət gedir: Lennie əqli qüsurlu, George isə ağıllıdır.Onlar bir fermada işləməyə başlayırlar . Ən böyük motivasiyaları isə xəyallarıdır - öz fermalarını qurmaq. Fermada Candy adlı yaşlı işçi və ən az özü qədər yaşlı olan bir iti var. Candynin iti xəstə var və onu öldürmək lazımdır, Candy cəsarət edə bilmir, buna görə itini başqası öldürür. O gündən sonra Candy özünə gələ bilmir. Niyə? Çünki əgər ölüm qaçınılmazdırsa, nifrət hissi ilə öldürülməkdənsə mərhəmət hissi ilə öldürülməyin arasında çox fərq var. Lennie də, it kimi sadiq biridir, amma bilirik ki, itlər sahiblərinin istəmədiyi şeyləri edib istənməyən nəticələr yarada bilərlər. Hekayədə də Lennie eyni vəziyyəti yaşayır. Və bu yaşanan hadisənin nəticəsi olaraq Lennie ölməlidir. George Lennieni özü öldürür. Ən yaxınını sırf başqası öldürməsin deyə öldürür George. Çarəsizlik hissi kitabın iki hissəsində o qədər mükəmməl izah olunub ki… “Gözünü yum Lennie, biryerdə quracağımız fermanı, səhər oyanıb oynayacağın dovşanları düşün.” Lennie gözünü yumur, George isə onu öldürür.
Duygu ve Düşünce
Siçanlar və AdamlarJohn Steinbeck · Qanun Nəşriyyatı · 2016211,8bin okunma
Reklam
Franz Kafka - Çevrilmə
10/10
·104 syf.··
Beğendi
·
2025 3. kitabı
Bu kitabı Albert Camusun yadlaşma fəlsəfin oxuyandan sonra daha yaxşı başa düşə bilərsiniz. “Bir səhər Gregor qəribə yuxudan ayıldı və özünü nəhəng böcəyə çevrilmiş gördü.” Bu başlanğıcı oxuyanda çox adam sadəcə kitabın böcəyə çevrilmiş insan haqqında yazılmış mənasız kitsb olduğun düşünür. Halbuki kitab bizə fiziki çevrilmə altında psixoloji çevrilmədən danışır. Gregor oyanır, artığ insan bədənində deyil amma onu narahat eliyən bu deyil ailəsinin və müdürünün bu halı necə qarşılayacağıdır.Çünki Gregor ailəsinin bütün maddi yükünü öz üzərinə götürmüşdü və iş təbii ki onun üçün vacib idi. Lakin Gregor nə qədərr çalışsa da ailəsi üçün gəlir mənbəyindən başqa heçnə deyildi. Gregorun ana və atası onun böcəyə çevrildiyini görəndə onu qəti şəkildə qəbul etmədiklərini bildirdilər ama bacısı Gregora baxacağını dedi çünki onların arasında dərin bağlılıq vardı. Amma bu sadəcə 1-2 ay çəkdi, və Gregor yan otaqda bacısının “ Bundan azad olmalıyıq” sözlərin eşidəndə onsuzda çökmüş bədəni , psixolojiyası daha da çökdü və səhərisi gün öldü. Bundan dərhal sonra isə ailəsi maddi vəziyyətini yaxşılaşdırıb həyatına davam etdi. Əsərdə kapitalist sistem , bu sistem tərəfindən əsarətə alınmış insanların həyatı təsvir olunub. Yəni, əgər bu sistemdə insan olmağa kiçik bir ara versəniz, kiçik bir böcək olarsınız və ailəniz daxil heç kim sizi sevməz, istəməz və tiksinər. Məncə bu kitabı Kafka kimi heç kəs mükəmməl yaza bilməzdi çünki Kafka heç vaxt “ İnsanlar məni anlasın” düşüncəsiylə kitab yazmayıb. Hansı ki Müasir yazıçıların ən böyük problemi budur hal hazırda. Kafka yazdığı əsərləri gün üzünə çıxarmayıb , o dünyasın dəyişəndən sonra dostu Max çap etdirib hər birini. Heç kimin oxumacağını düşündüyü üçün bir növ öz düşüncələrin tam real şəkildə ifadə eliyib
ÇevrilməFranz Kafka · Qanun Nəşriyyat · 2019268bin okunma