Bir Çöküşün Öyküsü
Kitabları oxunmalı edən sevdirən mövzudan çox yazarın qələmidir. Bu əsərdə də bunu aydın şəkildə görə bilərsiz. Stefan Zweig çöküşü o qədər gözəl ələ alıb ki kitabi oxuduqdan sonra özünüz də çöküşü hiss edir təsirindən çıxa bilmirsiz. Normal sonu əvvəlcədən bəlli olan bir hekayə olsada yazar duyğuları elə ustalıqla yazıb ki kitab başqa bir səviyyəyə yüksəlir!
Bəziləri kitabı çox adi gözlə tənqid edir.. Qadını, hisslərini acizcə qiymətləndirirlər kaş ki onun duyğularını tənqid eləməyə deyildə anlamağa çalışsaydılar.
Kitabın əvvəlindən sonuna kimi Madame de Prienin duyğuları ustalıqla ifadə olunub. Kitabi oxumursuz yaşayırsız. Bu gözəl təcrübəyə sözlər kifayətsiz qalır, kitabı oxumağınızı çöküşün necə gözəl ifadə olunduğunu görməyinizi tövsiyə edirəm. Qıraqdan baxıb izləməyin, anlamağa çalışın.
Xoş oxumalar.
05.08.2024 11:07/12:54