Sənə çox can dedim. ey can,can olub neyləmisən?
Demə canan özünə, canan olub, neyləmisən?
Getmisən daima biganəni şad eyləmisən…
Həsrətinlə ürəyim al-qan olub, neynəmisən?
Demə imkanım olanda səni yad eyləyərəm.
O qədər fürsət olub, imkan olub, neyləmisən?
Dərmanım olsada səndə, ölərəm istəmərəm,
Səndə hər dərdimə hər dərman olub, neyləmisən?
Bivəfasan gözəlim, səndə vəfa görməmişəm..
Aşiqin həsrət ilə viran olub, neyləmisən??
1 dəfə mehmanım oldun, azı min kərə dedin…
Mənə güya ki gəlib mehman olub neyləmisən?
Meşedibaba Aydemirov