Mədinə Abbaszadə

Mədinə Abbaszadə
@midi_
Gözəlliyin ömrü az ,həyat qısa
Mənə insanların xoşbəxtliyindən danış. Sonra danışdıqlarına gül, Güldüklərinə ağla, Utan və yalanlarını geri götür Bir Milyon Dollarım Olsaydı
📚🔔 Tatil zili çaldı! Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞 Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
Sevgi içimdə həm işıqdır, həm də kölgə. Bir tərəfim yaxın olmaq, sarılmaq, içimdəki bütün duyğuları bölüşmək istəyir, amma digər tərəfim qorxudan geri çəkilir. Çünki güvənmək istədiyim qədər güvənməməyim də var. Sanki ürəyimdə bir körpü qurulub ,bir addım atsaydım, sənə çatardım, amma həmin körpü sanki hər an uçacaqmış kimi gəlir. Bu narahatlıq məni həm sənə bağlayır, həm də səndən uzaqlaşdırır . Bəzən düşünürəm, sevgidə ən çətin şey sevmək deyil, güvənə bilməkdir. Mən içimdə sənə doğru qaçan bir uşaq kimiyəm, amma eyni anda qorxudan gizlənən bir insanam. Nə tam yaxınlaşa bilirəm, nə də tam uzaqlaşa. Sanki sevgi məni sınayır — bəs görən mən ürəyimin gücünəmi qalib gələcəyəm, yoxsa qorxularımla məğlub olacağam.?

Mədinə Abbaszadə

, bir kitap okudu
Puan vermedi·244 syf.·
2025 12. kitabı
Qaraqan
8/10 · 1.494 okunma
Qəlb qırıntısı — hər kəsə güclü görünməyə çalışarkən, içində səssizcə dağılan bir dünya daşımaqdır. Üzün gülür, amma gözlərinin dərinliyində yorğunluq gizlənir. Hər ‘yaxşıyam’ sözünün altında, min dəfə ‘yoruldum’ pıçıldayan bir ürək var. Bəzən nəfəs almaq belə çətin gəlir, bezmişlik sanki bütün varlığına sirayət edir. Amma buna baxmayaraq, hələ də sevməkdən imtina etmirsən… Çünki sevgi, nə qədər incitsə də, sənin içində hələ də ümid qalan yeganə hissdir. Səni yaşadan, səni sən edən, hər şey bitdikdə belə sığınacaq bildiyin tək yoldur. Və sən bilirsən ki, qəlbinin bütün qırıntıları ilə belə sevə bilmək, ən böyük gücdür…
Hər dəfə anlayaraq, hər dəfə susaraq, hər dəfə gözləyərək… Amma bax, hələ də burdayam. Çünki sevgi mənim üçün bir anda alışıb sönən alov deyil. Bu, içimdə illərlə yandırdığım, hər ağrıya, hər səssizliyə dözdüyüm bir gücdü. Mən tükənə-tükənə böyüdüm bu sevgidə. İncidim, susdum, içimdə boğuldum… Amma heç vaxt nifrət etmədim. Heç vaxt get demədim. Çünki səni sevmək, mənim ən zəif, amma bir o qədər də ən güclü yanımdı. Bəzən deyirlər ki, bu qədər dəyər vermə. Amma bilmirlər ki, mən dəyər verdiyim insan üçün tək qalıb döyüşməyi də bacarıram. Mən sevdimsə, sonuna qədərəm… Yorulsam da… Qırılıb parçalansam da… Sevgi mənim üçün yarım qalmaz. Mən birini sevmişəmsə, o sevgi artıq mənim içimdə ömürlük yer tutur. Əl çəkə bilərəm, amma heç vaxt unuda bilmərəm. Çünki mən sevdimsə – varımı yoxumu, gücümü belə – onunla bölmüşəm.