Mədinə Abbaszadə

Mədinə Abbaszadə
@midi_
Gözəlliyin ömrü az ,həyat qısa
Mən
Mən uzun müddət elə bilmişəm ki, insanı ən çox yaşadıqları dəyişir Sonra anladım ki, məni əslində yaşadıqlarımdan çox, onlara verdiyim mənalar dəyişib). Bir söz bəzən “ illərlə” içimdə qalır. Hamı onu unudur, amma”mən” unuda bilmirəm. Çünki həmin söz yox, onun “məndə”yaratdığı hiss qalır. Bəzən də heç kim “mənə”bir şey etməyib kimi görünür, amma içimdə daşıdığım ağırlığın haradan gəldiyini “özüm”də izah edə bilmirəm. Məncə, insanın özünə qarşı etdiyi ən böyük haqsızlıq hər şeyə görə özünü günahlandırmasıdır. Nə vaxtsa başa düşürəm ki, hər qırılan şey mənim səhvim deyildi, hər gedən mənim günahımdan getmədi və hər dəyişən şeyi mən düzəltmək məcburiyyətində deyildim. Amma bu həqiqətə çatana qədər özümdən çox şey aparmışam. Ən çox da bir şey yorur məni: özümü başqalarının gözündə axtarmaq. Bir müddət sonra kiminsə mənim haqqımda dedikləri, mənim özüm haqqında düşündüklərimdən daha güclü olmağa başlayır. Və mən fərqinə varmadan özümü yox, başqalarının məndən yaratdığı obrazı yaşadıram. Halbuki bəzən sadəcə olduğum kimi qəbul edilmək istəyirəm. Hər dəfə özümü sübut etmədən, hər dəfə izah vermədən, hər dəfə “mən əslində belə demək istəməmişdim” cümləsini qurmaq məcburiyyətində qalmadan… Artıq hər şeyin cavabını tapmağa çalışmıram. Bəzi sualların cavabsız qalmasını qəbul edirəm. Bəzi insanların niyə elə davrandığını bilmədən yoluma davam etməyi öyrənirəm. Çünki başa düşmüşəm ki, hər qapını döymək lazım deyil. Bəzilərinin bağlı qalması insanın xeyrinədi)) İndi tək istədiyim şey daha yüngül yaşamaqdır. Keçmişin yükünü çiynimdə daşıyaraq yox, ondan öyrəndiklərimi ürəyimdə saxlayaraq. Çünki güclü olmaq heç vaxt ağrımamaq deyil. Güclü olmaq, bütün o ağrılardan sonra belə ürəyini sərtləşdirmədən yaşaya bilməkdir.)
📚🔔 Tatil zili çaldı! Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞 Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
Bi bardak kırıldığında sanki sorumlusu bendim mesela Tozu alınmamış televizyonun. Hayatım Medine diye başlıyan imalı cümlelerle geçti ve ben bi süre sonra buna inanmaya başladım biliyomusun..? ne kadar kötü biri olduğuma
Hər şeyə öyrəşir adam, bir az sonra hər şeyə, atılmağa, satılmağa, hətta unudulmağa. Dizlərini qucaqlayıb, bir künc tapıb girməyə Ən sevdiyin o adamı başqasıyla görməyə. Ağrılara, acılara, dərmanlara öyrəşir. Tənə vuran, böhtan atan insanlara oyrəşir.. Yay günündə dağda qara, qışda günə öyrəşir. Öz içində əsarətə və sürgünə öyrəşir. Güvəndiyi o dağların toz olub uçmasına. Dostun sənin sirrlərini dostuna açmasına. Evdə anasız olmaga, çöldə atasızlıga... Göy qurşağını bürüyən o möhtəşəm bozluğa. Bir-bir, az-az, asta -asta, yavaş-yavaş öyrəşir. Zorla, güclə, müsibətlə, dava- dalaşla öyrəşir. Öyrəşir ki, başqa evin işığına yatılmaz. Səadət sənin deyilsə ha uzansan catılmaz. Kimdən əl çəkəmmirsənsə səndən əlini çəkər... Gələr göz yaşını silər, gedər gözünü tökər... Kimdisə ən zəif yerin, hər kimdisə gedəcək. Hər şeyə öyrəşir adam ölüm də adiləşir. Növbə- növbə agrılar da, zülüm də adiləşir. Sonra başlayır qəhqəhə, sonra sərxoş olursan Boşluqlara düşə-düşə, özün bomboş olursan. Daha darıxmaq da keçir, müqəddəs hisslər bitir. Bir gün bütün gedənlərin itir gözündən itir.. Öyrəşdikcə dəyişirsən, it hürür karvan keçir. Bu dünyaya öyrəşənlər, bu dünyadan tez köçür. Hər şeyə öyrəşir adam daha hec vaxt qəm yemir Daha hec vaxt öz-özünə "Hər şey düzələr" demir..
Hal hazırda bədənimdə olan yorğunluğu heçbir söz izah edə bilməz. Özümü buraxsam yerə yapışacağıma əminəm.ama bunu etməyəcəm çünki həmin o yerdən məni qaldıracaq heç bir kəs yoxdur. Və mən daim dayanmaq məcburiyyətindəyəm.
Hər saniyə yüzlərlə insanın öldüyünü nəzərə alsaq, bir ölən şəxsin ölümü haqqında üzülməyə həqiqətən dəyərmi? Həmin insanın yerini tutacaq bir nəfər tapmağınız qeyri-mümkündür? Bu insan həqiqətən də xüsusidir? İnsanlar yaşadıqları dəyərləri nə üzərində qururlar? Məntiq? Vicdan? Yaxşı və pis anlayışı belə geniş və qeyri-dəqiq olan bir dünyada nəyə uyğun hərəkət etməliyik? Təbliği zorla, ölümlə olan bir dinin nümayəndələri şəhərə daxil olub silahsız sakinləri qırarkən onlar bunu tanrı adına edirdilər? Onlar yaxşılıq edirdilər yoxsa pis? Haqq olan Xaç yürüşüdür yoxsa Islami Fəth? Bu haqqı necə təyin edə bilirik axı? Bəs kimin doğru və kimin yanlış olduğunu necə seçməliyik? Bəlkə çıxış yolu heç seçməməkdir? Bir insanın həyatda heç bir görüşü dəstəkləməməsi mümkünsüzdürmü? Dinsiz, vətənsiz, mənasız yaşamaq insan üçün “pis” bir haldır? İnsanlar haradan gəlib, hara gedəcəklərini, nə istədiklərini dəqiq bilirlərmi? Afrikada acından ölənlər həqiqətən ölməlidir yoxsa biz onları qurtarmalıyıq? Mərhəmət Tanrının qədərinə qarşı gəlməkdir? Hitlerə haqq qazandırmaq üçün hansı vicdanın sahibi olmalısan? Ədaləti kim təyin edir? Ədalət zəiflərin istədiyi bir şey ola bilərmi? Dünyanın təhlükəsizliyinə nəzarət edən dövlətlər niyə ən çox silah satan dövlətlərdi? Zülümdən və pisliklərdən qurtulmaq üçün doğurdanmı bu qəsbkarları məhv etməliyik? Öldürmək həmişə çıxış yoludu? Niyə birimiz tox birimiz acıq? Yaşamaq istəyirik, lakin etdiyimiz şeylərin əksinə yaşamağımıza mane olan nədi? Bəlkə bu qədər yaxşı və pis anlayışı olan dünyada heç bir görüşü dəstəkləməmək, sırf yaşamağın xətri üçün yaşamaq ən düzgün seçimdir? Doğru və yalnış mənim təyin etdiyim görüşlərdi yoxsa ümumbəşərdi?