Həyatımızı axmaq - axmaq şeylərə sərf edirik. Ömrümüz kontur kimi sürətlə tükənməkdə; 20 yaş, 30 yaş, 40 yaş, 50 yaş....Nə qədər qalıb görəsən?
Səni xoşbəxt edən şeyləri ertələmə! indi et, sabah yox, birazdan yox, məhz indi. Bax, lap bu dəqiqə.
Sonraya saxlama, "sonra" yoxdur. Sabah yoxdur.
Uyğun vaxt yoxdur. Münasib şərait yoxdur.
Pul həmişə az olacaq.
Dondurma yemək üçün yayı gözləmə.
Öpüşmək üçün sakit yer axtarma. " Səni sevirəm' demək üçün ad günü, tanışlıq ildönümü gözləmə.
Qucaqlamaq üçün soyuq havanı gözləmə.
Sevdiklərinlə vaxt keçir.
Sevincini də içdən yaşa, kədərini də.
Xoşun gələn qız var? Aç bu dəqiqə mesaj yaz.
Olduğu kimi yaz, uydurma.
Dastan açma.
Hiss etdiyini yaz.
Ürəkli ol, sabaha saxlama.
Darıxdığın adam var?
Eqonu at kənara, yaz ki darıxmışam.
Anla birdəfəlik; ikinci şans olmayacaq.
Çünki ölkədə yaşamağa qoymurlar.
Növbəri şanlara imkan vermirlər.
Ən bədbəxt kişilər demək olar bizim ölkəmizdədir.
Təsəvvür edin ki, müəyyən yaşa gəlmisən, qərar qəbul edərkən özbaşınalıq eləsən anan südünü halal eləmir (verib vermədiyi bir müəmmadır), atan evdən qovmaqla hədələyir.
Çıxıb özünə başqa ev tutmağa pulun çatmır, o evdə oturmağa da kişiliyin. Evlənirsənsə sən özünə arvad yox, anan özünə gəlin seçir. Evlənmirsənsə böyük ilahi krallığı sonsuz qoymaqda ittiham edilirsən. Boşansan arvadını pozğun çıxarırlar, boşanmasan evliliyini burnundan gətirirlər.
Hələ xəyanət eləsə "kişi edər" deyib bir də əxlaqsız yolda inamla addımladırlar.
Bu ölkədə kişi olmaq qadın olmaq qədər çətindir.