Yalan danışmayın mənə. Heç olmasa susun.
Yoruldum hər şeyi hiss edib heç nə deməməkdən.Mən artıq kimə inanacağımı bilmirəm. İnsanların gözünün içinə baxıram istəmsiz beynim deyir ki, burda nəsə düz deyil. Amma yenə də susuram. Çünki mübahisə etməkdən də bezmişəm. Ata sevgisi deyəndə boğazım düyünlənir. Mən güclü deyiləm, sadəcə öyrəşmişəm. Özümü özüm böyütməyə öyrəşmişəm. Heç kimə yük olmamağa öyrəşmişəm. Amma içimdə hələ də o “biri gəlib məni qoruyacaq” hissi ölməyib. Və bu məni əsəbləşdirir)
İnsanlar çox rahatdır. Səni incidir, sonra heç nə olmamış kimi davam edir. Mən isə gecə saat 01:11(halhazırda:)tavanı izləyib düşünürəm ki, bəlkə problem mənəm?
Məndən mükəmməl olmağımı gözləyirlər. Həmişə düz danışım, düz davranım, emosional olmayım, güclü olum. Bəs mən hardayam bunun içində? Mənim zəif olmağa haqqım yoxdur?Mən yorulmamışam “yaxşı insan” olmağa çalışmaqdan.lakin yaxşı olduqca daha çox sınanılırsan).