Mədinə Abbaszadə

Mədinə Abbaszadə
@midi_
Gözəlliyin ömrü az ,həyat qısa
Xəyallarım
Xəyallarım var… Bəzən çox sakitdirlər, heç kim bilməsin deyə içimdə pıçıldayırlar.Bəzən isə elə ucadan danışırlar ki, susdurmaq mümkün olmur. Bir vaxtlar daha sadə idilər. İndi isə ağrılardan keçib formalaşıblar.Hər biri bir sınavdan, bir gecədən, bir susqunluqdan sonra yaranıb. Ona görə bəlkə də bir az ehtiyatlıdırlar, bir az gecikirlər,amma hələ də ordadırlar. Bəzən zəiflədim, bəzən onlara inanmaqdan qorxdum, amma tamamilə buraxmadım. Onlar mənim gizli gücümdür. Hamı məni sakit sananda içimdə ayaqda qalan tərəfdir.Hər şey bitdi deyilən yerdə “hələ yox” deyən səsdir. Bəlkə hamısı reallaşmayacaq. Bəlkə bəziləri yolun yarısında dəyişəcək. Amma bildiyim bir şey var:xəyallarım yaşadığı müddətcə mən də yaşayıram. Və mən…hələ bitməmişəm.
Tatil planı hazırsa sıra okuma listenizde!
Bu yaz yanınızdan ayırmak istemeyeceğiniz kitapları sizin için bir araya getirdik. 💬 Siz olsanız bu listeden hangisiyle başlardınız?
1ay sonra yenə mən
Uzun bi müddət sonra yenə mən 1 ay bəzilərinə uzun bəzilərinə isə bir göz qırpımında keçəcək qədər qısa gəlir.Sizə necədir?Mənə çox uzun gəldi şəxsən elə uzun gəldi ki sanıramki illərdir bura içimi tökmürəm. Nələr nələr yaşadım nələr oldu özümdə anlamadım ,bəzən çox sevindim bəzən bu sondu deyəsən mən bitdim çökdüm deyib oturub saatlarla ağladım,bəzən şoka düşdüm.İnsanlar məni elə sarsıtdıki şok bədənimdən günlərlə keçmədi,bəs niyə nə üçün birilərinə yaranmağdan ötrü mən sınanıram ?mənim gücümmü çoxdu? Yoxsa bunlar sadəcə doğrudan mənim üçün olan sınaqlardı? Elə şeylər yaşadım və bilindirmədim ki özüm özümə heyran qaldım həqiqətən.ən sonda isə özümü burda tapıram.Bura tökürəm içimi.Bəlkə də yazmağımın səbəbi cavab tapmaq deyil. Sadəcə susmamaqdır. İçimdə yığılanların məni daha çox ağırlaşdırmasına icazə verməməkdir. Çünki hər dəfə susanda bir az da özümə uzaqlaşdığımı hiss etdim.) Bəlkə də bütün bunlar məni sındırmaq üçün yox, ayıltmaq üçündür. Kimin həqiqətən yanında olduğunu, kimin isə sadəcə ehtiyac olduqda varmış kimi davrandığını göstərmək üçündür. Ağladığım gecələrdə bunu anlamasam da, səhərlər ayağa qalxmağım boşuna deyildi.., Hələ də bəzən yoruluram, hələ də suallarım var. Amma indi bilirəm ki, hər şeyə rəğmən içimdə susmayan bir tərəf var. Və o tərəf məni buraya gətirdi. Yazmağa. Danışmağa. Nəfəs almağa. Bəlkə bu da bir başlanğıcdır. Bəlkə sadəcə bir duruxma anı. Amma bildiyim tək şey var: hələ bitməmişəm.Səsim Bəlkə titrəkdir, bəlkə yorğundur, amma susmur.
Duygu ve Düşünce
Sənlə ulduzların altındakı rəqsdən danışım Elə özəlsən, hərdən dilim dolaşır Bilmirəm qışqırım dünyaya səni, yoxsa savaşım Bəlkə gizlədim səni, əllərim toxuna bilməsin varlığın məndən heç vaxt ziyan görməsin Hərdən sevgimdən qorxuram, hədər etməsin Qədərindən artıq içiləndə ziyan verməsin Güvən mənə, heçkəs yanında olmasa Qəlbin sıxılanda, qaranlıq olanda Hər məqamda, arxandayam.
Mənə miras sənin təbəssümün
Yaxşılıqla pislik eyni ola bilməz. Sən (pisliyi) yaxşılıqla dəf et! O zaman səninlə ədavət aparan kimsə sanki yaxın bir dost olar.