Mədinə Abbaszadə

Mədinə Abbaszadə
@midi_
Gözəlliyin ömrü az ,həyat qısa
Məni heçvaxt anlamayacaqlar
Tatil planı hazırsa sıra okuma listenizde!
Bu yaz yanınızdan ayırmak istemeyeceğiniz kitapları sizin için bir araya getirdik. 💬 Siz olsanız bu listeden hangisiyle başlardınız?
Son 20 saatdan mənə qalanlar
Sevgi,qorxu,məyusluq,peşmançılıq həm rahatlıq, həm sevinc, həm də yarımçıq qalan hissləri yuxuda yaşayıram bu gün birşey anladım mən çox peşmanam həmdə bunu bütün iliylərimə qədər hiss edirəm ürəyimə bir sızıltı girir amma qürurum bunu ört basdır etməyə çalışır .Çalışır ki mən yenə peşman olmayım o dirənir ki mən yenə belə şeyləri birdə düşünməyə məcbur qalmayım o mənə deyir ki dərsini aldın artıq bəsdir Bəs niyə ? Mən nə etdim ki belə oldu səhvim nə idi ? Yox bilmirəm ama bilirəm burası mənə qalsın yazılacaq qədər qısa deyil Bəs yuxular niyə məndən əl çəkmir yuxu keçmişimlə bağlı içimdə qalan sükutun və tamamlanmamış duyğuların təcəssümüdür bunu bilirəm,elə bilməyim mənə digər məyusluq hissini yaşadır.Yuxumu bura danışım tamda bir neçə saat öncə olan yuxum.. Oradakı masa-keçmişlə bu günün arasında qurulan sakit bir körpüdü.o şəxsin mənə gülərək baxması ,hər nə olsada rahat hiss etdirməyə çalışması bir zamanlar itirilmiş qopan bağların geri dönməsi kimi idi. lakin baxışlarındakı məyusluq bunun artıq əvvəlki kimi olmadığını xatırladırdı.Yuxuda hiss etdiyim həm sevinc, həm də kədər, qəlbimin iki tərəfə bölünmüş halını mənə xatırlatdı .sanki ,bir tərəfim hələ də onun varlığında özünü güvəndə hiss edir, digər tərəfim isə keçmişin kölgələrindən ötrü darıxır və o bilir ki çox gecdi .sən itirdin Bəs doğurdan İtirdim?
Bəzən iləri getmək üçün birşeyləri arxada qoymalı oluruq bir şeylərdən qaçmalı oluruq..Qaç, birdaha geri baxmayacaq qədər baxsan belə arxadakıları görməyəcəyin qədər uzağlara qaç və hərşeyi arxanda qoy inan düzələcək indi yox ama bir gün
Kimdir insan?
Kiminə görə oyuncaq, kiminə görə tanrıdan bir parça… Kiminə görə sadəcə ət və sümük, Bəzən sevilən, bəzən aldadılan bəzən də özünü belə tanımayan Kimisi üçün insan gülərək yara gizlədən susaraq çığıran soyuq bir kölgə.. keçib gedən yolçu, bir yanlış bir doğru .Kiminə görə hekayə başlanğıcı,kiminə görə nöqtə… bəzən sual.. Hər göz ayrı görər, hər əl ayrı tutar, hər ürək ayrı anlar onu…
Bəzən insan danışmadıqlarında boğular, çünki hər kəsin içində söyləyə bilmədiyi, amma hər gün bir az daha ağır gələn duyğular var. Psixoloji olaraq ən çox yoran şeylər – deyilməmiş sözlər, basdırılmış hisslər və maskalanmış əzablardır. Susmaq sakitlik deyil, bəzən içimizdə qopan fırtınaların səsidir.