Deməli belə
“Anamın nağılları” Əzizə Cəfərzadənin anasından eşitdiyi nağıllardan təşkil olunmuşdur. Tarixi ta qədimə dayanan bu şifahi xalq yaradıcılığının nümunəsi olan nağıllar öz unikallığı, maraqlı süjet xətləri ilə uşaqlıqda ilk nağıl kitabımı necə həvəslə oxumuşdumsa, bu kitabıda eyni həvəslə oxumağa sövq etdi.
Bu nağılların yaranma tarixi qədimlərə dayansa da, özündə ehtiva etdiyi mahiyyət, məna etibarı ilə bu gün üçün də aktualdır. Şahın, saray adamlarının rəiyyətlə münasibəti, onların özbaşınalığından irəli gələn problemlər və onların həlli, milli-mənəvi dəyərlərin qorunması, əməksevərlik, zəhmətkeşlik, qorxmazlıq, vətənpərvərlik və digər münasibətlər və keyfiyyətləri özündə ehtiva edirdi.
Əsərdə digər folklor nümunələrinin - bayatıların, atalar sözlərinin, aforizmlərinin olması nağılları daha da mənalandırır və maraqlı edir.
Bu əsəri oxuyan hər bir şəxsin öz uşaqlığına qayıdacağına əminəm.
Kitabın texniki məsələlərinə nəzər salsaq, üz qabağında nağılların personajlarının maraqlı təsviri insanı ilk baxışda cəlb edir. Bundan əlavə əsərin içərisində işlənilmiş rəsm əsərlərinə nəzər salanda doğrudan da arxasında geniş əməyin olduğunun görə bilərik.