Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Həmdani hadisəsi
Səddam Hüseyn konfrans zalında ən çox Ədnan Həmdaninin adı "xain"lər arasında çəkilərkən və təhlükəsizlik əməkdaşları tərəfindən aparılarkən ağlamışdı. Ədnan Həmdaninin və digərlərinin güllələnməsindən Səddam Hüseyn "köhnə dost"unun evinə ziyarət etdi. Ədnan Həmdaninin arvadına başsağlığı verdi. Orada da ağladı. "Ədnan mənim ən yaxın dostum idi. Ancaq milli mənafelər şəxsi hisslər və düşüncəlerden öndə gəlir", - dedi. Səddam Hüseyn bu ziyarətdən sonra Həmdani ailəsi üçün Dəcla çayının sahilində bir villa tikilməsini əmr etdi. Eyni zamanda Həmdaninin evini ziyarət edib arvadına başsağlığı verən insanları da bağışlamadı. Bu insanların bir hissəsi edam olundu, bir hissəsi də həbs edildi. Günahları isə "bir xainin ailəsinə rəğbət göstərmək" idi.