2025ci ildə bitirdiyim ilk kitab. Uzun zamandır klassik janrda kitab oxumurdum. Kitabda müəllif öz qumar asılılıq təcrübələrini, qumarın insan üzərində yaratdığı adrenalini, eyni zamanda insanı asılılıq dərəcəsinə gətirəcək dərəcədə necə irəlilədiyini ustalıqla təsvir etmişdir. Eyni zamanda maddi vəziyyətin cəmiyyətdə necə insan tərəzisi rolunu oynadığı açıq aydın oxucuya çatdırılmışdır. Maddi gəlirin insanın cəmiyyətin gözündə hansı yer tutması Madam Blanche obrazının dilindən daha aydın təsvir edilmişdir.
Əsərin baş obrazı- Alexei İvanoviç aşiq olduğu qadın- Polina üçün özünü hər növ alçaldılmalara layiq görür, sevdiyi qadının eqosunu təmin etmək üçün hər şeydən imtina edir, hətta öz qürurundan da. Əsərdə Polina obrazının qərarsızlıqları,manipulativ xarakteri, sevgi dilinin alçaltma və küçümsəmə olması, duyğusal ambivalensiyası diqqət çəkir.