Çıraq yağla doludursa və alışdırılıbsa, "mən nə etməliyəm"-deyə soruşmur.Siz də canlı çıraqlar olun.Hər biriniz bir çıraq kimi,gördüyünüz faydalı işlə ətrafınıza işıq saçın.
Ancaq uşaqlarda və hələ yetkinləşməmiş gənclərdə olduğu kimi, böyükləri təqlid etmək çox vaxt onların yanlışlarını,hətta yaramazlıqlarını yamsılamaqla başlayır.Mədəni baxımdan gənc, əqli cəhətdən yetərincə inkişaf etməmiş xalqlarda da belə oldu.Onlar ingilislərin zahiri, çox vaxt da, eybəcər cəhətlərini qəbul etməyə başladılar.
-Ağayana paltar,nişastalı yaxalıq və başa qoyulan son dəbli şlyapa ziyalı olmaq deyil.Ziyalılar xalqın beynidir.Xalq sizi, təhsil alandan sonra yaxşı maaş alıb gecələr restoranlarda oturasınız və gününüzü kart və domino oynayasınız deyə böyüdüb tərbiyələndirməyib.Bu halda siz ziyalı deyil, ziyalı kifir olursunuz.Siz xalqın ağlını, iradəsini, enerjisini və vicdanını oyatmağa borclusunuz.
İsa bunu öyrətdi və təkrarladı:
Sev, sev, sev! ... Canlı hər varlığı sev!
Bütün dünyanı sev: Ağacı, daşı, tarladakı qarğanı, çöldəki qum dənəsini də,göydəki ulduzu da sev.