Gəl bir dəfə özünü dənizə at. Özünü dənizə atan adam azad ola bilər.
Səadətin də bir qiyməti var. Onu ödəmək lazımdır.
Reklam
- Anam həmişə deyirdi ki, hamının payını ayırıb kənara qoyurlar ki, o payı özü yeyə. Hərdən mənə elə gəlir ki, mənim payım olmayıb. Yeniyetmə vaxtı atama, qardaşlarıma görə öz payımdan keçməli oldum. Sonra ərimə görə. Mənə ya bir qəhrəmanın, ya bir vətən xaininin arvadı kimi baxırdılar. Sonra bir müxalifətçinin anası kimi tanıdılar. Sonra savaşçı anası oldum. Neçə dəfə məni gah yuxarı qaldırıb, gah yerə çırpdılar. Bunların heç biri mənim öz payım deyildi. Heç vaxt heç kim mənim məhz özümün kim olduğumu, nə istədiyimi soruşmadı.
Həyat çox dəyərlidir. Bir səhvə görə onu təhlükəyə ata bilməzsən. Çünki onun yerini doldurmaq olmur.
Əgər insanlar zorakılığa özləri təslim olmasalar, dünyada bu qədər zorakılıq olmaz. İnsanların məzlumluğudur zülmü belə möhkəmləndirən.
Mənim fikrimcə, qadınlar ən çox zorakılığa məruz qalan insanlardırlar. Həmişə bir vasitə kimi istifadə olunublar. Və hələ də olunurlar.
Reklam
1.000 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.