416 syf.
10/10 puan verdi
·
8 günde okudu
'Fazla fedakarlık, fazla vefasızlık getirir.'
Bir gözəl əsərin daha sonuna gəldik. Çoxumuz həyatımızdan şikayətlənirik, lakin necə həyatlar yaşayan insanlardan xəbərsizik. Təəsüf ki, oxumağı mənasız bilən, qızını zorla evləndirən ailələr hələ də mövcuddur. Bu əsərdə də görüldüyü kimi bir qadının həyatından bəhs olunur. O oxumaq eşqi ilə alışıb yanır, amma müəyyən yaşa çatdıqdan sonra "oxumaq mənasızdır, qadının hədəfi evlilik olmalıdır" sözləri ilə ona ər axtarmağa başlayırlar. Əli heç bir oğlan əlinə dəyməmiş, saf sevgi ilə sevən qıza namussuz adı damğası vurub zorla evləndirirlər. Fədakar övlad, fədakar həyat yoldaşı və sonunda fədakar ana. Ama çox təəsüfki dəyəri bilinmir. Fazla fədakarlıq fazla vəfasızlıq gətirir deyirlər, bax bunu desək yerində olar. Həqiqətən, çox gözəl bir əsər idi. Hər kəsə xoş mütaliələr arzu edirəm, kitabla qalın ♡
Mənim Payım
Mənim PayımParinoush Saniee · Qanun Nəşriyyatı · 20231,585 okunma
·
Puan vermedi
Qadağan olunmuş əsər bestsellerə çevrildi
Əsər çox möhtəşəm və axıcıdır. İran həyatında yaşayan insanlardan çox geniş bəhs edir. Bir qadının necə mübariz olması daim güclü olmağa çalışmasının ən gözəl portreti yaradılıb. Keçmiş xatirələrini hələ də unuda bilməməsi yaşaya bilmədiyi hadisələrə görə pis olması. Uşaqları üçün canını belə verməyə hazır olması.. Bir sözlə oxuyun oxutdurun!
Mənim Payım
Mənim Payım
Parinoush Saniee
Parinoush Saniee
Mənim Payım
Mənim PayımParinoush Saniee · Qanun Nəşriyyatı · 20131,585 okunma
Reklam
420 syf.
9/10 puan verdi
·
9 günde okudu
Sən sevgisən, Məsum!
"Anam həmişə deyirdi ki, hamının payını ayırıb kənara qoyurlar ki, o payı özü yeyə. Hərdən mənə elə gəlir ki, mənim payım olmayıb. Yeniyetmə vaxtı atama, qardaşlarıma görə öz payımdan keçməli oldum. Sonra ərimə görə. Mənə ya bir qəhrəmanın, ya bir vətən xaininin arvadı kimi baxırdılar. Sonra bir müxalifətçinin anası kimi tanıdılar. Sonra savaşçı anası oldum. Neçə dəfə məni gah yuxarı qaldırıb, gah yerə çırpıdılar. Bunların heç biri mənim payım deyildi. Heç vaxt heç kim mənim özümün kim olduğumu, nə istədiyimi soruşmadı." Kitab qəlbimə necə yol tapdısa, bir müddət təsirindən çıxacağımı düşünmürəm. Cəmiyyətdə tez-tez rastlaşdığımız bir çox ailə məişət problemlərini aydın bir şəkildə dilə gətirmələri xoşuma gəldi. Çox səmimi, axıcı bir dili var. Buna görə bütün duyğuları dərindən hiss edərək oxudum. Məsuməylə ağladım, güldüm, üzüldüm, düşündüm. Sanki, Məsumə bizlərdən biriymiş kimiydi, Ona görə ona tez bir zamanda bağlana bildim. Ailəsi tərəfindən sevilməsə də səmimi, sevgi dolu ana obrazı qəlbimi isitdi. Bu qədər, sevgini özündə necə cəm etdin, Məsum?!. Hər nə qədər özünün sayılmasa da Məsumənin payına şahid olmaq üzücü olsa belə xoş oldu. Daha az Məsumələrin həyatına şahid olmaq diləyiylə..
Mənim Payım
Mənim PayımParinoush Saniee · Qanun Nəşriyyatı · 20131,585 okunma
514 syf.
9/10 puan verdi
·
5 günde okudu
İlk öncə Pərinuş Səninin yazdığı bu əsər çox sadə və anlaşıqlı bir dildə yazılmışdı. Kitabı bir neçə gündə oxudum və kitaba çox bağlandım. Kitabdakı hadisələrin həyatda həqiqətən də baş verdiyini düşünəndə açığı çox üzüldüm. Kitab 16 yaşlı bir qızın həyatda üzləşdiyi çətinliklərlə, ailəsinin ata və qardaşlarının onu başa düşməməsi, təhsilinə qarşı gəlməsi və məcburi evlənilməsi haqqında bioqrofik romandır. Əsərdə Məsumənin gördüyü əziyətlər, faciələr çox aydın şəkildə oxucunun diqqətinə çatdırılır. Kitab haqqında bunu demək istəyirəm ki kitab marağlı olsa da sonunu belə gözləmirdim. Bəlkə də, Məsumənin xoşbəxt olmağa övladlarından daha çox haqqı var idi amma övladları analarına bu haqqı çox gördülər. Məsumə kiçik yaşlarından öz xoşbəxtliyini ata və qardaşlarına, daha sonra ərinə, sonra isə uşaqlarına qurban verir.
Mənim Payım
Mənim Payım
Mənim Payım
Mənim PayımParinoush Saniee · Qanun Nəşriyyatı · 20131,585 okunma
420 syf.
10/10 puan verdi
·
Beğendi
·
11 günde okudu
Çox amma çox ağır kitab idi. Təsirindən çıxmaq o qədər də asan deyil. İndidən deyim spoi ola bilər. Məsumə.. Uşağ vaxtından bütün zülmlərlə qarşılaşan, öz düşüncəsini yox sayan bir ailədə yaşayıb, qız olduğuna görə onu həmişə əzən bir ana ata ilə yaşamağın, övlad üçün necə böyük bir təsiri var bu əsəri oxuyub başa düşdüm. O dövrdə bəlkə də belə
Mənim Payım
Mənim PayımParinoush Saniee · Qanun Nəşriyyatı · 20131,585 okunma
420 syf.
·
Puan vermedi
Kitabda diqqət çəkən Məsumənin əzmi ,mübarizəsi hər şeyə rəğmən təhsili davam etdirməsi ilə çox təsirli bir roman idi.Lakin diplomunu ala bilmir.Buna baxmayaraq,hamı onu tanıyır savadına görə ,redaketmə ilə işinin qəbul edir.Daha gərək duymur bir kağız parçasına. Qadın olmağın nə qədər məsuliyyətli və çətin bir öhdəlik olduğunu oxuduqca zehnimdə canlanır..Əsər hüzünverici ilə sonlanır.
Mənim Payım
Mənim PayımParinoush Saniee · Qanun Nəşriyyatı · 20131,585 okunma
Reklam
89 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.