- Xəyalı gözəl olur, hə. Sonra adiləşir. Məsələn, ulduzlara əlimiz çatmır, ona görə onlar gözəldi. Heç ulduzun gözəl və maraqlı olmadığını düşünən adam görmüsən?
"Bu gün öləcəyimi bilsəydim, sənə o qədər şey deyərdim ki... İndi də deyə bilərəm, əslində, bunları. Bir neçə sətir söz yığını...
Amma mənası varmı bunların? Özümdən tez-tez so- ruşurdum. Ölməyə yaxın da mənası olmayacaqdı. Yeganə farq "cəsarət" olardı. Ürək olardı, hər şeyi sənə uzun-uzun danışmaq üçün...
Keçəcəkdi, əlbəttə... Zamanla nə keçmir ki? Hər şeyi toz basır, unudulur, yenilənir.. Bir gün mən də sənə sə- nin mənə baxdığın kimi boş baxışlarla baxacaqdım, heç nə hiss etmədən. Bitəcəkdi... Amma bitməkdə deyildi məsələ... Bitməsini gözləmirdim, üzülmürdüm buna. Ya- şanmadı ki, bitsin. Bir gün, bir saat, bir an belə yaşanma- dı. Üzbəüz uzanıb, saçlarını belə oxşamadım. Kirpikləri- ni saymadım, dodaqlarının dadını bilmədim... Ürəyimdə həmişə bir şeylər nisgilli qalacaqdı səndən yana...
Bir şeyi ürəkdən istəyəndə olur deyirdilər. Gözümü yu- muram, başdan-ayağa, təpədən-dırnağa, bütün bədənim, beynim və qəlbimlə səni necə qucaqladığımı xəyal edirəm. Bundan daha çox nəyi ürəkdən istəmək mümkündür?..
Ancaq sən yoxsan... Mən isə gedirəm... Özü də səni son dəfə qucaqlamamış..."