Rövşən Abdullaoğlu'nun qələmə aldığı "Relslər üzərinə uzanmış adam" kitabı yazıçıdan oxuduğum ikinci əsər oldu.. Hər ikisində də müəllif insan ürəyinin ən incə tellərinədək nüfuz edir, onu böyük hüzünə qərq edir... Bu kitabda isə mən bir daha bütün dövrlərdə qadın olmanın bu ağır həyatda ən böyük çətinlik olduğunu dərk etdim... Bu əsər mənə o qədər təsir etdi ki, göz yaşlarına boğularaq oxudum.. Bəzi səhnələri bədənimdən titrətmə keçərək oxuyarkəm, bəzilərini isə heç oxuya bilmirdim.. Düşünürəm ki, bu dəhşətli səhnələri oxuyarkən qəlbimiz dözmürsə, bu qədər əzaba o insanlar necə dözüb? Müharibənin dəhşətini kənardan baxaraq anlamaq qeyri-mümkündür. Onu yalnız müharibadə zülmə məruz qalan ən aşağı təbəqə anlaya bilər, xüsusən də sən bir qadınsansa..(
Əsər insanda böyük təsir buraxır, insana insan olduğunu, insanlığı sorğuladır. Biz özümüzə ən xırda şeyləri belə dərt ederkən, Adriana və onun timsalında müharibədə əziyyət çəkmiş məzlum qadınlar bəs nə etsin?? Ən maraqlısı da bilirsiniz nədir? Cəmiyyətimizdə, gözə belə görünməyən "xırda" şeylər üçün intihar edən insanlar var, görəsən onlar Adriana'nın yerində olsalardı, nə edərdilər?? Adriana bir dəfə xoş gün görməmiş, işgəncələrə məruz qalmış, namusu ləkələnmiş və hayatı boyu damğa ilə yaşayacaq alın ləkəsi qazanmışdır.. Ancaq yenə də yaşamaq üçün bir səbəb tapa bildi.. Ölümü, öldürməyi seçmədi.. Əmin, sən isə çox mükəmməl xarakter idin. Adriananı bu həyatda yalnız sənin ümman, həqiqi sevgin yaşada bilərdi və yaşatdıda. Ən çox təsirləndiyim isə atanın sənin haqda dediyi söz- "Mən onu görmüşdüm, məni yalnız buraxmadığından xəbərim var" deməsi oldu ancaq sən bunu bilmədin...
Birdə əsər bizə başımıza hər nə gəlsə də, ümidimizi üzməyib həyata inamla baxmağımızı, daim Allaha sığınıb gözəl günlərin gələcəyinə ümid etməyimizi