Həqiqətəndə gözəl kitabdır. Kitabla ilk tanışlığım və məni cəlb etməsi adı ilə bağlıdır. Daha sonra isə ilk səhifələrindəki: Nazım Hikmetin anlamlı sözləri ilə qarşılmam oldu.
Bir növü kitab göstəriş və məsləhətlər cəhətdən boldur.
Yenədə hər zaman ki, kimi məsləhət görmək barədə heç bir fikrim yoxdur. Çünki mənimlə eyni zövqə malik olmaya bilərsiniz.️
Maraqla oxuduğum və sonladığım bir kitab daha. QaraQanın fanı olmağım onun qüsurlarını görməzdən gəlməmə təsir edə bilməz.
Amma o qüsurlara rəğmən yenədə bir kitabı maraqla oxuyub sonladım. 61 gün çox uzun oldu amma arada 27 günlük kitablara fasilə vermişdim.
Kitab maraqlıdır lakin, nəşri zamanı sözlərin yazılışında çox səhvlər var. Bəzi cümlələri isə oxuduqda başlığla sonluğun tapmaq olmur.
Amma tövsiyyə etmək barədə isə heç bir fikrim yoxdur. Çünki zövqlər fərlidir. Mənim sevdiyim kitabı siz sevməyə bilərsiniz.
Anar adlı bir oğlanın bütün həyatını geridə qoyub, yeni bir həyata evdən qaçaraq qədəm qoymasından bəhs edir. O düşünürdü ki, həyat təkcə təhsil, iş, ailə deyil, sən özünü necə xoşbəxt hiss edirsənsə, o cürdür.