Türkan Bilalova

Cahandar ağa isə fikrini cəmləşdirə bilmirdi. Əslinə baxsan, o heç fikirləşmirdi. Elə bil beyni, ürəyi keyimişdi.
Sayfa 195
Reklam
Axı sən məni çox istəyirdin?!
Sayfa 194
Sən məndən ayrılmaq istəmirdin. Əslinə baxsan, elə mən də sənin kimi idim.
Sayfa 194

Reader Follow Recommendations

See All
Axı mən o günü sənin doluxsunub yaşaran gözlərini indi də unutmamışam. Heç nə, heç nə mənim yadımdan çıxmayıb.
Sayfa 194
Yüz adamın paltarının içində səni köynəyinin iyindən taparam.
Sayfa 194
Reklam
Özün bilirsən ki, mən səni heç vaxt aldatmamışam. Mən balacalıqdan hamıdan söz gizlətsəm də, sənə ürəyimi açmışam.
Sayfa 194
nə olacaqsa, birdəfəlik olub qurtarsın...
Axı Şahnigar da cana doymuşdu. Xısın-xısın ağlayıb ufuldamaqdan təngə gəlmişdi. O, başının üstünü alan qara buludların birdəfəlik baş-başa gəlib şaqqıldamasını, ildırım kimi çaxıb guruldamasını istəyirdi. Qoy selləmə yağış yağsın, nə olacaqsa, birdəfəlik olub qurtarsın, göyün üzü açılsın. Yoxsa bu məchulluqdan nə çıxar? Yoxsa...
Sayfa 194
- Əyə, nə yaman ləngidin? - Mənsiz darıxıbsan?
Sayfa 173
O, papirosunu tüstülədir, "mənə nə olub, cavanlığımda bir qızın, bir gəlinin qabağında əyilmədim. Zərnigarın üzünə bir dəfə gülmədim, indi mən niyə belə olmuşam? Niyə Mələyi görəndə hər şeyi yadımdan çıxardıram?" – deyə öz-özünü mühakimə edirdi.
Sayfa 177
Reklam
Cahandar ağa indiyəcən belə yaşamış, dədə-baba adətini pozmamışdı. Amma nədənsə Mələyi görəndə hər şeyi unudur, müvazinətini itirir, oyuncağa dönürdü.
Sayfa 177
O bilirdi ki, mollalar savadsız camaatı Allah xofu ilə qorxudur, cəhənnəm əzabları ilə dəhşətə gətirir və behişt xülyaları ilə məst edirlər. Həm də özlərini elə aparırlar ki, guya külli ixtiyardırlar, istəsələr, adamları cəhənnəm oduna yandırar, istəsələr də behiştə göndərərlər.
Sayfa 161
— Mirzə Fətəlimi? — Bəli. — Mən onun haqqında çox eşitmişəm. Əsərlərini oxumuşam. Böyük zəkadır. — Elə bəzilərini qorxuya salan budur.
Tapdıq gedəndən sonra evdə tək qalan Cahandar ağanın qəlbinə indiyə qədər duymadığı bir yalqızlıq kədəri çökdü. Kişi yanında isti və doğma bir nəfəsin olmadığını ilk dəfə duyub qüssələndi. "Təklik yaman şeymiş," – deyə xəyalından keçirdi.
Sayfa 153
Bilirsinizmi? - deyə Əhməd kədərli səslə sözünə davam etdi. - Bizim camaatın dərdi böyükdür. Ümumən balaca millət olmaq bədbəxtlikdir. Hərə bir qapaz vurur, gözünü açmağa qoymur. Bir yandan da özümüzün satqınlarımız aman vermirlər. Siz bizim mollaları tanımırsınız. Onlar qoymurlar ki, camaat gözünü açsın.
Sayfa 146
2,054 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.