Türkan Bilalova

328 syf.
6/10 puan verdi
·
Read in 4 days
Wulf Dorn'un oxuduğum ilk əsəri oldu. Əslində kitabda fəlsəfi ideyalar çox olmadığı üçün qısa zaman ərzində oxumaq olur. Axıcı, anlaşılan dildədir. Real dünyamızda üzləşdiyimiz, demək olar ki, uşaqlarla bağlı problemlər öz əksini tapıb. Böyüklər tərəfindən uşaqlara edilən haqsızlıqlar, görməzdən gəlinmələri, uşaqlara qarşı şiddət, təcavüz və daha bir çox şey... Təəssüf ki, günümüzdə dünyanın fərqli yerlərində uşaq olmanın həyəcanını yaşaya bilməyən, oyun oynayacağı yaşda ağır travmalar, qorxunc hadisələr yaşayan çox sayda uşaq var. Kitabın əsas mövzusu da budur. Çox spoiler vermək istəmirəm, sadəcə olaraq, onu deyim ki, kitabda 4 qəzet başlığı da əks olunub və bunlardan 3ü (səhv etmirəmsə) gerçək həyatda yaşanmış hadisədir. Əslində bu hadisələri oxuyanda o hadisələri yaşayan uşaqların nələrə məruz qaldığını təsəvvür etmək belə istəmədim. Kitabın sonluğunu isə fərqli gözləyirdim. Yəni kitabı oxuduqdan sonra insanda "Yəni? Nə oldu ki indi?" kimi düşüncə yaranır. Ümumilikdə kitaba puanım: 6.4/10
Travma
TravmaWulf Dorn · Pegasus Yayınları · 20172,170 okunma
Reklam
160 syf.
10/10 puan verdi
·
Read in 13 days
Oxuduğum ikinci Sabahattin Ali əsəri oldu. Əsərin nə qədər məşhur olduğunu çox eşitmişdim, sonunda oxumağa qərar verdim. Bunu deyə bilərəm ki, təsiredici bir əsərdir. Hər gün çox sayda insanla qarşılaşırıq və gördüyümüz insanları əslində nə dərəcədə görürük? Hər bir insanın özünəməxsus, oxşarı olmayan, fərqli bir hekayəsi olur. Bəzən elə olur
Kürk Mantolu Madonna
Kürk Mantolu MadonnaSabahattin Ali · Yapı Kredi Yayınları · 2021317.7k okunma
109 syf.
9/10 puan verdi
·
Read in 11 hours
Yenə bir Dostoyevski əsəri oxumağın xoşbəxtliyini yaşadım. Dostoyevskinin bu əsəri çox da irihəcmli bir əsər deyildi, lakin hər zamanki kimi oxucunu özünə çəkirdi. İndi isə bir az əsərdən danışım: Dostoyevski əsas qəhrəmanımıza bir ad verməyib və əsər qəhrəmanın dilindən nəql olunur. Bu qəhrəmanımız bir xəyalpərəstdir, yəni gerçək dünyadan daha çox öz xəyal dünyasında yaşayır. Heç kəslə əlaqəyə girmədiyi halda Nastenka adlı bir qızla tanış olur. "bazen insanlara sadece bizimle yaşadıkları için minnet duymaz mıyız?" Hər ikisinin özlərinə məxsus, yalnız olduqları dünyaları var. Əsərdə də onların dörd gecə boyunca danışmaları göstərilir. Qəhrəmanımız bu gecələri "bəyaz gecələr" adlandırır. Əsər haqqında bir az spoiler verdim, buna görə daha da çox spoiler vermək istəmirəm. Sadəcə olaraq, onu deyə bilərəm ki, əsərin sonu heç də gözlədiyim kimi olmadı. "Gecelerim bir sabahla sona erdi." Sonunda böyük bir təəccüb hissi yaşadım. Bunu deyə bilərəm ki, əsər bir az üzüntü içerir. Kitabı tövsiyyə edirəmmi? - Mütləq.. Bir Dostoyevski fanatı olaraq hər kəsin oxumasını məsləhət görərdim. Kitaba puanım: 9/10 "Neden en iyi insanlar bile diğerlerinden bir şeyler saklıyorlar ve onları bir şeyden mahrum bırakıyor gibi görünüyorlar?.."
Beyaz Geceler
Beyaz GecelerFyodor Dostoyevski · Ren Kitap · 202075.5k okunma

Reader Follow Recommendations

See All
84 syf.
8/10 puan verdi
"Satranç" oxuduğum ikinci Stefan Zweig əsəri oldu. Kitabı oxumazdan əvvəl öyrənmişdim ki, bu əsər, Stefan Zweig'ın həyat yoldaşı ilə birlikdə intihar etməzdən öncə yazdığı son əsər olub və Stefan əsərdə bir növ özünü əks etdirib. Bu məlumatları öyrəndikdən sonra kitabı oxumağa həvəsim artdı. Oxuduqca gördüm ki, əsərdə II Dünya Müharibəsinin təsiri öz əksini tapıb. Əsərin əsas qəhrəmanlarından biri Dr. B. -dir. Stefan özünü Dr. B - nin timsalında göstərməyə çalışıb. Əsərdə Dr. B. -nin başına gələnləri oxuduqca hadisələr gözümün önündə canlandı, demək olar ki, II Dünya Müharibəsində yaşayan və bundan təsirlənən insan psixologiyası izah olunurdu. II Dünya Müharibəsi zamanı nasistlərin insanlara münasibəti oxuyucuya təsir edir. Əsər məşhur bir şahmatçı haqqında danışılaraq başlayır. Başlanğıcda oxucuda belə bir sual yaranır ki, kitabın əsas məqsədi nədir; hər hansı bir gözlənilməz, maraqlı hadisə yaranacaqmı? Bu məqamda yeni obrazlar qarşımıza çıxır və hər şey gözləmədiyimiz formada baş verir. Kitabı tövsiyyə edirəmmi? — Hə. Məncə kitabxananızda olsa, heç də pis olmaz. Kitaba puanım: 7.5/10
Satranç
SatrançStefan Zweig · Kapı Yayınları · 2021239.5k okunma
421 syf.
4/10 puan verdi
·
Read in 18 days
Kitabı böyük bir həvəslə almışdım, amma düşünürəm ki, o qədər həvəsli olmağıma dəymədi. İlk 150-200 səhifəni demək olar ki, maraqla oxudum. Amma sonrasını oxumaqda çox çətinlik çəkdim, çünki kitab artıq mənə görə sıxıcı bir hal almağa başlamışdı. Dəfələrlə yarıda saxladım, çünki oxuduqca yorulurdum. Deyə bilərəm ki, kitabı bir neçə ay ərzində bitirdim. Hər dəfə bir az oxuyub "artıq yoruldum" deyərək saxlayıb, qaldırıb rəfə qoydum. Başqa bir kitabı əlimə aldıqda rəfdə dayanan "Milena'ya Mektuplar"a gözüm sataşırdı və ən sonunda oxuyub bitirməyi özümə məqsəd qoydum. Sonunda bunu bitirdim. Kitabı sıxıcı edən yanlardan biri məktubların tək tərəfli yazılmış olması idi. Digər bir səbəb: Franz hər dəfə məktuba başlayanda "Ah Milena" kimi ifadələr işlədib. Bu da hər yeni məktuba başlayanda elə ilk cümlədən adamı yorur. Həm də Kafka özünü bir az da acındırır. Buna misal: "sana elimi uzatabilecek cesarete sahip değilim ben; bu kirli, titrek, kararsız, kimi zaman bir pençeyi andıran, terli ve soğuk elimi." Bunun kimi bir neçə cümləyə rast gəlmək olar. Kitabı çox da pisləmək istəmirəm. Amma oxuyuculara tövsiyyə edirəm mi? — Yox. Kitaba puanım: 4/10 (bu 4 puanı da içindəki bəzi gözəl cümlələrə, oxumaq üçün ayırdığım zamana görə verirəm.)
Milena'ya Mektuplar
Milena'ya MektuplarFranz Kafka · Oda Yayınları · 201655.3k okunma
Reklam