Və birdən, səbəbsiz-filansız duşa girirəm, orada hönkürməyə başlayıram. Burada lap bərkdən hönkürə bilərəm, səsimi heç kim eşitməyəcək. Deməli, zəhləm gedən sualı da verməyəcəklər: "Yaxşısan?"
Axı müəyyən bir yaşdan sonra adam hər cür boş-boş şeylərlə məşğul olur-vaxt keçirmək üçün, ya da başqalarına göstərmək istəyirsən ki, hələ ayaq üstə dura bilirsən, pulun nə olduğunu hələ unutmamısan, gücün çatan işləri görə bilirsən.