Sən gedəli gözlərimin nəmini,
Nə istilər, nə küləklər qurudur.
Nə çətinmiş sənsizliyi yaşamaq,
Ağlayanda bu bədheybət uşağı,
Heç kəs, heç kəs sənin kimi ovutmur.
Sən gedəli bayramları əlim boş,
Uzanıram yatağıma, gülürəm.
Ya xəstəhal, ya ağrılı, ya sərxoş,
Yaşadığın o küçədən tək keçib,
Pəncərənə baxıb-baxıb gülürəm.
Sən gedəli günlərimin düzümü,
Qarışıb, bir-birinə qarışıb,
Sən gedəli hey söyürəm özümü,
Yəqin kimsə eşidibsə, danışıb.
Sən gedəli biraz sərsəm kimiyəm,
Şirin gəlmir daha sabah yuxusu.
Sən gedəli, hərşey biraz başqadı,
Sabahlar da darıxmaqdı, gecələr də darıxmaq,
Sən getdiyin uzaqlardan küsmüşəm,
Nə çətinmiş uzaqlardan qayıtmaq.
Nə olar dön gəl, vallah olmur unutmaq.