Gülzar üzünü yar mənə göstərsə, bəsimdir
Könlüm ordan bir dənə gül dərsə, bəsimdir
Mən istəmərəm, başqa gözəllər məni sevsin,
Öz yarım əgər xətrimi istərsə, bəsimdir.
Yar'ə deyin, yer'i mənim qəlbimdir,
Onun hüsnü-camalı, şair təbimdir
Eybi yox, ona çatmasa da əllərim,
Əbədi qəlbimdə məhəbbətimdir.