Bəzən adam bütün bu həyatın həyəcanlı hisslərdən, yalançı təsəvvürlərdən doğan xəyali bir aləm olduğunu unudub, onu bir həqiqət, canlı bir varlıq kimi qəbul edir.
"Sənin əlin soyuqdur. Mənim əlim isə isti, od kimidir. Nə üçün sən bunu hiss eləmirsən, Nastenka? Ah, bəzən bir adamın xoşbəxtliyi başqa birisinə necə də ağır təsir eləyirmiş!"