myreading.garden

myreading.garden
@myreadinggarden
@myreading.garden -Instagram/TikTok
19 okur puanı
Mayıs 2025 tarihinde katıldı
Şu anda okuduğu kitap
Puan vermedi·484 syf.··
2025 59. kitabı
·
25 günde okudu
·
Okunma: 28 Aralık 2025 22:00
“Qəşəng Dost” əsəri 19-cu əsrdə Fransada cəmiyyət, manipulyasiya, güc və yüksəlmək arzularını tənqid edən realist bir əsərdir. Əsərin baş qəhrəmanı Dürua kasıb bir kəndli olur. Heç bir biliyə malik olmamasına baxmayaraq jurnalistika sahəsində yüksək mövqe tutur. Dürua heç bir istedadı olmadan cazibəsi və riyakarlığı hesabına yüksəlir. Əsərdə təsvir edilən qadınlar həm güc, həm də patriarx rejimin qurbanlarının simvoludur. Dürua onları yalnız alət olaraq görür. Cazibəsi və yaraşığı hesabına onlarla münasibətdə olur, onları aldadır və qadınların dəstəyi ilə karyerasında irəliləyir. İkiüzlülüyünə görə isə qətiyyən peşman olmur. İşlədiyi redaksiyadan öz mənfəəti üçün istifadə edərək məqalələr yazır. Dürua əlində olan bu imkandan insanları idarə etmək üçün istifadə edir. Əsər boyu Dürua heç bir vicdani əzab çəkmədən yalan danışır, insanlardan istifadə edir, onları aldadır. Və nəticədə karyerasının ən yüksək mərtəbəsinə qalxır. Mopassan bununla tənqid edir: - Cəmiyyət istedad və səmimiyyətə yox, görüntüyə əhəmiyyət verir. Uğura gedən yolun ikiüzlülük və yaltaqlığa açıq olduğunu təsvir edir - Kütləvi informasiya vasitələrinin təhrif olunmuş məlumatlarla güc sahiblərinə xidmət etdiyini vurğulayır
Qəşəng DostGuy de Maupassant · Teas Press Nəşriyyatı · 2023914 okunma
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
Puan vermedi·416 syf.··
2025 57. kitabı
·
27 günde okudu
·
Okunma: 22 Aralık 2025 00:26
Markesdən oxuduğum ikinci əsər “Vəba günlərində eşq” oldu. İkinci dəfə şans verməyimə baxmayaraq, yəqin ki, bu, sonuncu olacaq. Çünki əsər mənim üçün sıxıcı təsir bağışladı, süjet xətti isə qarışıq və mənasız şəkildə irəlilədi. Bu roman zamanın, xəstəliyin və gözləmənin içində sınanan bir sədaqətin hekayəsi kimi təqdim olunur. Markes burada eşqi ideal və romantik bir hiss kimi yox, illərlə səbr edən, köhnələn, amma yox olmayan bir duyğu kimi göstərməyə çalışır. Lakin bu sevgini saf və sədaqətli adlandırmaq nə dərəcədə doğrudur? Florentino Arisa Fermina Dasaya olan sevgisini 51 il 9 ay 4 gün boyunca qoruduğunu iddia edir və onun dul qalmasını gözləyir. Amma bu müddət ərzində saysız-hesabsız münasibətlər yaşayır. Uzun illər gözlənmiş olsa da, bu məhəbbət mənim üçün yazıçının təqdim etdiyi kimi əzablı, çətin və saf bir sevgi təsiri bağışlamadı.
Vəba Günlərində EşqGabriel Garcia Marquez · Qanun Nəşriyyatı · 202011,2bin okunma
Puan vermedi·592 syf.··
2025 50. kitabı
·
20 günde okudu
·
Okunma: 25 Ağustos 2025 21:29
Hekayənin baş qəhrəmanı Raskolnikov qətl törədir. O əslində sələmçi qadını öldürməyi planlasa da, onun bacısını da balta ilə qətlə yetirməli olur. Daha sonra Raskolnikov öz vicdanı ilə hesablaşır, əzab çəkməyə başlayır. Lakin, onun çəkdiyi əzab sələmçi qadını öldürdüyü üçün deyil, Rodion Romaniç Raskolnikov insan yox, “bit” əzib öldürdüyünü, qoca qarının öldürülməli olduğunu müdafiə edirdi. Lakin, qarının bacısını öldürmək hesabda yox idi. Onun planında qarını qarət edərək xəstlərə, yoxsullara kömək etmək var idi. Ancaq, çox şey qarət edə bilməmiş, çox az şey götürmüş və hər hansı bir küçədə daşın altında gizlədir. Bunu bacarıqsızlıq adlandırır və qorxaq olduğu üçün bacarıqsızlıq etdiyini qət edir və özünü bağışlamır, məhz buna görə özünü mühakimə edirdi. Əsər boyunca psixoloji mübarizə aparır.
Cinayət və CəzaFyodor Dostoyevski · Teas Press · 2025194bin okunma
Puan vermedi·356 syf.··
2025 48. kitabı
·
23 günde okudu
·
Okunma: 14 Ağustos 2025 21:36
Marie Kondo – “Evini də səliqəyə sal, həyatını da” kitabı yapon ekspert Marie Kondonun yazdığı minimalizm və səliqə prinsiplərinə əsaslanan bir təmizlik və həyat düzənləmə bələdçisidir. Kitabın əsas ideyası: Ətrafını səliqəyə salmaqla insan daxili rahatlıq, azadlıq və xoşbəxtlik qazana bilər. Əsas idealar: - “KonMari” metodu: Marie-nin yaratdığı bu metod, əşyaları otaq-otaq deyil, kateqoriyalar üzrə ayırıb yığışdırmağı təklif edir. Məsələn, əvvəlcə geyimlər, sonra kitablar, sənədlər və s. - “Sevinc yaradırmı?” prinsipi: Əşyaları əlində tut və özündən soruş: Bu əşya mənə sevinc verir? – əgər sevinc bəxş etmitsə, təşəkkür edib ondan ayrıl. - Təmizliyə birdəfəlik başla: Hər dəfə az-az yox, köklü şəkildə təmizlik aparmaq həyatında ciddi dəyişikliklər yarada bilər. - Minimalizm və funksionallıq: Hər ev əşyası həm funksional, həm də ruhsal olaraq sənə uyğun olmalıdır. Bu kitab sadəcə fiziki təmizlikdən deyil, zehni rahatlıq və nizamlı həyat tərzi yaratmaqdan da bəhs edir. Əgər həyatında səliqə, balans və yüngüllük istəyirsənsə, bu kitab çox ilhamverici ola bilər.
Evini Də Sahmana Sal, Həyatını DaMarie Kondo (Konmari) · Teas Press · 0258 okunma
9/10
·216 syf.··
2025 47. kitabı
Paulo Coelho-nun “Kimyagər” romanı müəllifin ən tanınmış və motivasiyaedici əsərlərindən biridir. Əsərin əsas ideyası insanın arzularının ardınca getməsi, daxili səsinə qulaq asması və həyatın əsl mənasını tapmaq səyləridir. Baş qəhrəman Santiago adlı gənc bir çobandır. O, bir xəzinə tapacağı ilə bağlı təkrar yuxular görür və bu yuxunun sirrini çözmək üçün İspaniyadan Şimali Afrikaya doğru uzun və macəralı bir səyahətə başlayır. Macəra ərzində tanış olduğu insanlar – falçı qadın, qoca kral, ingilis alim, əlkimyaçı və Fatima adlı qız – ona həyatla bağlı müxtəlif dərslər öyrədir. Santiago bu yolçuluqda “Dünyanın Ruhu” və “Öz Yolun” adlandırılan anlayışlarla qarşılaşır. Coelho bu fikri vurğulayır: əgər bir şeyi həqiqətən istəyirsənsə, bütün kainat onu reallaşdırmaq üçün səfərbər olacaq. Yəni, hər şey bir-biri ilə əlaqəlidir və bütöv bir mənzərə yaradır. Əsərin əsas mesajları: - Öz yolunu tapmaq və qorxmadan məqsədə doğru irəliləmək - Qəlbin səsini dinləyərək həqiqi xoşbəxtliyi tapmaq - Ən dəyərli xəzinənin maddiyyatda deyil, mənəviyyatda olması Sadə dildə yazılsa da, bu roman çox dərin fikirlər ehtiva edir və həyat yolunu axtaran hər kəsə ilham verə bilər.
KimyagərPaulo Coelho · Qanun Nəşriyyatı · 2015246,3bin okunma