soyuq havalardan ötrü heç bu qədər darıxıb, həm də gəlməməsi üçün dua etməmişdim.
üşüdəcəyini, bəzi günlərdə soyuqdan buz kəsəcəyini bilirsən. amma biraz istilik tapan kimi verdiyi hüzuru da xatırlayırsan. sırf o xatirəyə sarılıb soyuğu qucaqlamaq istəyirsən.
əslinə qalsa, qışı gözləməsək də olar. soyuqqanlı olmaq üşüdür.
Mən özümü hekayə sevməyən birisi kimi səciyyələndirirdim. Eyni şəkildə şeirləri də sevmirdim. Sevmədiyim nə varsa, maraq dairəmə tək-tək girməyə başlayıb. Ona görə də, böyük-böyük danışmamaq lazımdır.
Mark Avrelidən sonra Çexov oxumaq "rap battle" dinləmək kimi idi. Birisi ölümün gərəkliliyindən və əzablara qatlaşmağın vacibliyindən danışarkən, digəri bütün bunlara həqarətlə baxır, insanları ölümlə eyniləşdirməyi ikiüzlülük kimi görür.
Mövzumuz isə "dəlilik"dir. Bəlkə də bizim "dəli" damğası vurub təcrid etdiyimiz insanlar -cəmiyyətin yaratdığı çərçivələrə uymadığı, müəyyən edilmiş sıralarından çıxdığı üçün məhkum etdiyi insanlardır? Həmişə bir dəli haqqında danışarkən ən çox istifadə edilən ifadələrdən birisi də budur: "Ona baş qoşma, dəlidir." Yəni ki, baş qoşsan, sən də onun tayı olacaqsan, onda insanlar səndən də uzaq gəzib deyəcək ki, o adama baş qoşma.
Deyirlər, dahiliklə dəlilik arasında incə bir cizgi var, ən zəki insanlar həmin o cizginin kənarında gəzirlər. Çexovun "dəli" adlandırdığı personajının fikirləri həkiminkilərlə müqayisədə daha məntiqli, daha ağlabatandır. Nəzərə alsaq ki, Çexov özü də tibb təhsili almaqla yanaşı, bu sahədə işlədikdən sonra ədəbiyyata yönəlib, həkim obrazının insanlara xidmət edirmiş kimi görünən, heç bir qayəsi olmadan yaşadığı 20 ildən sonra dəliliyə çatmasında da Çexovla ortaq nələrsə var. Bəlkə də, Çexov üçün bu qaçış, bu qayə yazmaq idi. Çünki bəzən qələmin verdiyi təkanı, yazmağın verdiyi gücü heç nədən ala bilmirsən.
6 Nömrəli PalataAnton Çehov · Parlaq imzalar · 202287,2bin okunma