"A si i-Dhuath ú-orthor, Aragorn. Ú or le a ú or nin"
(Kölgə hələlik bir hökmə sahib deyil, Aragorn. Nə sənin, nə də mənim üstümdə.)
Arwen bilməsə belə, kölgələr hər zaman bizi izləmiş və qorxularımıza hökm etmişdi. Bizlər hər gözünü açdığında ərtafında dörd divar görən və özünü həbsdə hiss edib evinə getmək istəyən insanlar idik, qaçış ehtimalımızdan qorxan bələdçilərimiz vardı. Tolkienin yaradıcılığı isə niyə həbsdə olduğunu bilməyən məhkumlar üçün bir qapı oldu. Bələdçilərimizin keçə bilməyəcəyi bir qapı.
"Pedo mellon a minno"
(Dost de və gir)
"Dost" dedik və Gandalfla birlikdə Durin'in qapılardından Khazad-dum'a keçdik.
Üzük Mordora aparılarkən qurulan üzük qardaşlığı Azad Xalqların doqquz, biz məhkumların isə saysız-hesabsız üzvündən ibarət idi.
"Ashamed nazg durbatulûk, ashamed nazg gimbatul. Ash nazg thrakatulûk agh burzum-ishi krimpatul"
(Tək Üzük hamısına hökm edəcək, Tək Üzük hamısını tapacaq. Tək Üzük hamısını bir araya gətirəcək və qaranlıqda bir-birinə bağlayacaq)
Elflər və hobbitlər ruhlarını Tək Üzük'ə, bizlərsə həyatın soyuq nəfəsinə qurban vermək üzərəykən, qaranlıqda birləşən sadəcə üzüklər olmadı. Bizlər də bir ad altında birləşdik: Orta Dünya.
Torpaqdakı dəlikdə yaşayan bir Hobbitlə başlayan hekayə boyunca yol qaraldığında yolumuzu ayırmadıq, içdiyimiz andlar titrəyən qəlblərimizə ümid verdi. Ən mahir hörümçəklərin belə arxasında zəif bir ip saxladığını öyrəndik, səhv etməkdən qorxmadıq.
Üzük Qardaşlığı adından təşəkkür edirik, Tolkien.
Elf qapılarını bizə açdığın üçün.
"Annon Edhellen error hi ammen!"
(Elflərin qapısı mənim üçün açılsın!)
- Gandalf