Amma açığını desəm, onu niyə sevmədiyimi tam anlaya bilməmişdim. Çox çalışdım. Onu yenidən sevməyə çox çalışdım. Ürəyimlə deyil, məntiqlə hərəkət etmək istədim. Bütün cəhdlərim boşa çıxmışdı.
Çox darıxırdım. Təkcə evim üçün
deyil, ailəm üçün deyil... Mən hər yerdə özümü axtarırdım. İçimin bir guşəsində gizlənmişdim. Darıxdığım köhnə "Mən"in içimdə bir yerdə olduğunu bildiyim halda, onu tapa bilmirdim.
Bu günün sabahdan daha yaxşı olacağını, bu gün məni incidən və ya ağrıdan səbəbə dözə bilirəmsə, sabah daha az ağrıdacağını, ən əsası, bu gün aldığım yaranın sabah məni daha güclü edəcəyini demişdi.