Gənc yazar Rasul Alinin ilk kitabı olan "Xoşbəxtlik beyindədir" əsəri həm motivasiya xarakterli, həm də 1 ideyan çatdıran əsərdir.
Demək olar ki, motivasiya kitablarını sevmir və oxumuram. Ancaq bu əsər diqqətimi çəkdi və oxudum. Yaxşı ki də oxumuşam...
Kitabda təhkiyə fəsillərə bölünməklə verilir və hər fəslin də məzmununa uyğun başlığı var. Ən çox 'Beynin inkişaf etdirilməsi" fəslini bəyəndim, çünki əsərin əsas ideyası da burada açıqlanır.
Kitab türkcəyə "Mutlu düşüncə" adıyla tərcümə olunub. Ancaq mənə görə, ideyaya uyğun olaraq, orijinal adı daha üstündür.
Əsəri ən çox bəyənməyimə səbəb suallarımdan birinə cavab verməsidir. Xoşbəxtlik nədir? Doğurdanmı o, mövcuddur?
Bu sualı həmişə Tolstoyun aforizmasıyla yanıtlayırdım: "Bədbəxtlik hekayə, xoşbəxtlik isə alleqoriyadır".
Ancaq bu əsər, deyəsən, ilk dəfə olaraq 1 sualıma tam cavab tapmama səbəb oldu.
Yuxarıda əsərdən verdiyim alıntı heç də boşuna işlədilməyib. Müəllif fikrini izah etmək üçün elmə də dəfələrlə müraciət edir. Tibb elminə görə insanın ön beyni sağ və sol beyin yarımkürəsindən ibarətdir. Biz ağlayanda, güləndə, kədərlənəndə beynimizin sağ yarımkürəsi işləyir. Ancaq fikirləşəndə, öyrənəndə və s. isə sol yarımkürəsi. Çünki beynimizin sol yarımkürəsi məntiq, dil öyrənmək, qrammatika, təhlil, yazı , sağ yarımkürəsi isə xəyal etmək, musiqi, ritmi hissi təxəyyül, rəng qavrayışı və yaradıcılıq kimi hissələrə bölünür.
İnsan beyni bir möcüzədir. Bədənimizin bütün idarəçiliyi də ondadır.
Beyində 4 hormon vardır ki, bunlar insanın özünü xoşbəxt hiss etməsinə səbəb olur: dopamin, oksitosin, serotonin, endorfin.
Dopamin həzz, oksitosin sevgi, serotonin rifah, hüzur, endorfin isə stressə qarşı hormon olmaqla xoşbəxtlik hormonu adlanır.
Müəllif bu hormonların ifrazını azaldan və çoxaldan səbəbləri də