NARGIZ AGHASOY

Anar “Qırmızı limuzin” hekayəsi
O. gecənin sakit küçələrində qəribə, boş bir qırmızı limuzinlə qarşılaşır. Sürücüsü yoxdur, amma O.-nu izlədiyi hissi, daxili qorxuları və taleyi ilə üz-üzə qoyur. Sirr, gərginlik və qaçılmazlıq – bu əsərdə oxucu həm reallığı, həm də O.-nun daxili dünyasını hiss edir. Hər addımında keçmiş, yaddaş və taleyin incə oyunu var.
Ters Köşe Final Sevenler Buraya!
Bazı hikâyeler tam tahmin ettiğin gibi ilerler. Bazılarıysa son sayfada tüm bildiklerini sorgulatır. 🤯 Ters köşeleri seviyorsan, seni sonuna kadar merakta bırakacak 3 kitap önerisini keşfetmeye hazır ol!
“İt bəxti” Qaraqan
“Bala, mən hələ heç kəsin qabağında əyilməmişəm.” Qaraqanın “İt Bəxti” hekayəsi kişilik anlayışının zamanla necə sınağa çəkildiyini göstərir. Pulun, ehtiyacın və tənhalığın insan ləyaqətinə necə toxunduğunu oxuyanda anlayırsan ki, bəzən ən çətin seçim – öz dəyərlərinə sadiq qalmaqdır. Bu hekayə təkcə bir kişinin deyil, bir dövrün vicdanıdır. Qaraqan
1000Kitap
Qaraqanın “Gözəlçə” hekayəsi
“Gözəlçə” – bir insanın nə qədər incə və sakit şəkildə dəli edilə biləcəyinin hekayəsidir. Qaraqan bu qısa hekayədə bir qızın uşaqlıqdan yetkinliyə gedən yolunda içində qurduğu saxta xoşbəxtlik dünyasını göstərir. O, sevgi axtarır, dəyər axtarır, amma gördüyü yalnız lağ, susqunluq və tək qalmaqdır. Ən ağrılısı isə odur ki, qız özünü heç vaxt itirmədiyini düşünür, halbuki çoxdan içindəki “mən” parçalanıb. Bəzən yaşamaq üçün insan, sevgisizliyin içində sevgi varmış kimi davranır… və bu, dəli olmaqdan daha ağırdır. Qaraqan
1000Kitap