NARGIZ AGHASOY

7/10
·88 syf.··
2025 8. kitabı
Baxmayaraqki həcmi elə də böyük deyil, amma yarımçıq qoya-qoya bir müddətdi bu kitabı bitirməyə çalışıram. Kafkanın “Atama məktub” əsərini oxuyarkən anladım ki, bu, əslində oxucu üçün yazılmış bir kitab deyil. Sanki yalnız atası üçün nəzərdə tutulmuş şəxsi bir etirafdır. Elə buna görə də həm maraqlı, həm də çətin oxunur. Maraqlıdır, çünki müəllifin ailə münasibətlərinə açılan gizli bir pəncərə görürsən. Çətindir, çünki sətirlərdə bədii axıcılıqdan çox emosional ağırlıq var və bu ağırlıq oxucuya da keçir. Kitabın əsasını iki hiss formalaşdırır: qorxu və tənhalıq. Kafka uşaqlığından bəri atasının avtoritar və bəzən qəddar davranışlarının onda necə dərin izlər buraxdığını açıq şəkildə göstərir. Oxuduqca bir tərəfdən atanın sərtliyini, digər tərəfdən isə övladın daim özünü yetərsiz hiss etməsini görürsən. Amma maraqlıdır ki, sətirlərdə nifrət yoxdur — əksinə, anlaşılmaq arzusu var.
Alıntı
Atama MəktubFranz Kafka · Parlaq İmzalar nəşriyyatı · 054,1bin okunma
Reklam
9/10
·190 syf.··
Beğendi
·
2025 5. kitabı
·
41 günde okudu
·
Okunma: 15 Nisan 2025 20:08
Bir evin içində illərlə susan bir qadın… Nə zamana tabe olur, nə də insanlara. Tənhalıq onunla nəfəs alır, evin divarlarına hopur, tozun altında gizlənir. Emili – sevmək istədi, itirməkdən qorxdu və zamanla içində sükutla çürüdü. Folkner ona bir qızılgül uzatdı – anlayışın və mərhəmətin simvolu kimi. Emili Üçün Qızılgül William Faulkner
Duygu ve Düşünce
Emili Üçün QızılgülWilliam Faulkner · Qanun Nəşriyyatı · 0225 okunma
Puan vermedi·184 syf.··
Beğendi
·
2025 3. kitabı
Mənə o qədər təsir etmişdi ki. Hamıya deyirdim ki, oxu-oxu. Bəlkədə məndə yaratdığı hisləri hamıda yaratmayacaqdı, amma bu kitabın məndə yeri çox ayrıdı.
Başka Bir ŞeyAhmet Batman · Destek Yayınları · 20193,014 okunma
Puan vermedi·120 syf.··
2025 1. kitabı
1 saat əvvəl başladım oxumağa. Qeydlər apara-apara oxuduğum üçün hələ 34-cü səhifədəyəm. “Qızımınsa kifayət qədər kişiləri olacaq, onlar onu saxlayacaqlar” (atanın qızı haqqında dedikləri) Bəlkə də fransız nağılı olduğu üçün bu ifadəni normallaşdıra bilərik. Nəysə romana başlayanda özümə söz verdim ki, tənqidi aspektdən yanaşmayacam)
Salam KədərFrançoise Sagan · Qanun Nəşriyyatı · 201337 okunma