Nahid

Nahid bir yorumu yanıtladı.
Dörd kəpənək
Günlərin bir günü dörd kəpənək alovları səmaya yüksələn bir od gördülər. Bu odun nə olduğnu öyrənmək istəyən kəpənəklər bir-bir ona yaxınlaşaraq fikirlərini bölüşmək qərarına gəldilər. Birinci kəpənək oda yaxınlaşdı və üzərinə işıq düşdüyünü gördü. Dostlarının yanına qayıdıb: "Bu od işıqlı bir şeydir", - dedi. İkinci kəpənək bununla qane olmadı. Daha çox şey öyrənmək üçün oda bir az da yaxınlaşdı. Bu dəfə kəpənək isindiyini hiss etdi. Dostlarının yanına qayıdıb: "Bu od həm də isti bir şeydir", - dedi. Üçünçü kəpənək də bununla kifayətlənmədi. O, oda bir az da yaxınlaşdı. Bu vaxt odun qanadlarını yandırdığını hiss etdi və geri qayıdıb: "Bu od həm də yandırır", - dedi. Sonuncu kəpənək də marağına güc gələ bilmədi. O, oda bir az yaxınlaşdı, üzərinə işıq düşdüyünü gördü. Bir az yaxınlaşdı, isindiyini hiss etdi. Bir az yaxınlaşdı, qanadları yandı. Bir az da yaxınlaşanda alovda yanıb kül oldu. Bəlkə də, odun həqiqətən nə olduğıunu təkcə sonuncu kəpənək öyrəndi. Çünki bir şeyin nə olduğunu "yanmadan" öyrənmək olmaz!..
Samirə Abbasova okurunun profil resmi
Yanlış xatırlamıramsa, bu hekayəni Hakan Mengüçün "Hiçbir karşılaşma tesadüf değildir" kitabında oxumuşdum. Sadəcə kitabda eşqi mədh etmək üçün istifadə olunmuş, nəticə ilahi eşqlə əlaqələndirilmişdi. Fəridəddin Əttar insan təkamülünün 7 mərhələdən keçdiyini hesab edir, amma sufizmdə bu mərhələlərin sayını 4-ə endiriblər. Buradakı 4 kəpənəyin təkamülü də mənə bunu xatırladır.
Nahid okurunun profil resmi
Dəqiq bənzətmədi, bölüşdüyünüz üçün çox sağolun 😊🌿
Reklam
Nahid yorumladı.
Yanıram, üzünə göz düşən zaman, Uçuram, hər səndən söz düşən zaman! Bağrımın başına köz düşən zaman Nə ola, verəsən qar ovuc - ovuc. Bu həyat gah yoxuş, gah da enişdi, Yerimiz bəzən dar, bəzən genişdi. Heç belə deyildim, bilməm nə işdi, İcimdə bir atəş var - ovuc-ovuc...
Nahid okurunun profil resmi
🍃

Okur Takip Önerileri

Tümünü Gör
Nahid yorumladı.
Nə qədər deyim ki, döz ürəyimə...
O səni sevməkdən əl üzmədi heç. Keçirə bilmədim söz ürəyimə. İstədim deyim ki, doğru yolu seç, Söz deyə bilmədim öz ürəyimə. Nə dedim duymadı, almadı vecə. Mənə əzab verdi hər gün, hər gecə Sənin həsrətini çəkib gizlicə, O qədər basmışam köz ürəyimə. Dönməz inadından ölsə də belə. Qoymaz ki, bu sevda sovrula yelə. Nə qədər deyim ki, biraz səbr elə Nə qədər deyim ki, döz, ürəyimə... Famil Rəsul 💫
Nahid okurunun profil resmi
Ax necə qəşəngdi 🌿
598 öğeden 6 ile 10 arasındakiler gösteriliyor.