Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Nahid

Nahid yorumladı.
Zənginlik hədəf deyil, vasitə olanda insan üçün xeyirli olur.
Sayfa 337Kitabı okudu
Nahid okurunun profil resmi
Bu kitabın alıntıları elə gözəldi ki, gərək ki oxuyam 🌿
Aynişan Abbasova okurunun profil resmi
Eynən. Xoş mütaliələr✨️
Reklam
Nahid bir yorumu yanıtladı.
Olmur...
Daha son ümidə ümid qalmayıb, Qalsa yollarına baxardım, olmur… Soyuq əllərimi üzük yerinə, Qaynar əllərinə taxardım, olmur… Yanında, elə bil, yersiz qonağam, Mən sənə günaham, suçam, yasağam. Sən güllə deyilsən, mənsə qorxağam… Səni öz başıma sıxardım, olmur… Neyləyək olmadı, çatmadı gücüm, Elə bil tutmadı bürcünlə bürcüm. Səni ürəyimdən çıxarmaq üçün, Gərək ürəyimi çıxardım, olmur…
Qismət Rüstəmov
Qismət Rüstəmov
Nadya okurunun profil resmi
Bu şeirin ardı var imiş çox gözəldir..👍🏻
Nahid okurunun profil resmi
Gözəldi demək olmur, ama qəribə təsirlidir deyə bilirəm...
1 sonraki yanıtı göster
Nahid yorumladı.
Sual
Kitabla tanışlığınız necə olub?
Nahid okurunun profil resmi
Elə sevərək başlamışam ki, 2018 ci il məkan Azərbaycan Ermənistan şərti sərhəddi, əslində özümüzə uzaq düşmənə yaxın bir yerlər, hər gün xidməti ardıcıllığın eyni ardıcıllığla dönüb durduğu günlər. Belə ötüb keçən zamanın birində kiçik bir dəyişiklik oldu heyyət arasında və bunla da kitablar bizim balaca ama vəzifəsi böyük gettomuza daxil oldu. Həyatında heç bədii əsər demək olar ki oxumayan birinə belə yerdə kitab bir yeni əyləncə kimi gələ bilərdi, lakin bir xidmət gecəsi başlanılan həmən əsərlə sanki ədəbiyyat qaranlığıma çıraq yandı.
Dirilmə
Dirilmə
bu kitab idi ki mənəvi olaraq məndə böyük iz buraxdı və o gündən bu günə içimdə sönmək bilməyən məşəl oldu. Ardıyca
Bu Şəhərdə Kimsə Yoxdur
Bu Şəhərdə Kimsə Yoxdur
,
Sol Ayağım
Sol Ayağım
kitabları da yönümü dəyişməz olaraq sanki sabit qıldılar. Kitabların azlığından təkrar təkrar sevdiyim yerlərini oxumaq hələ elə çox zövq verirdi ki mənə, bəzən yoxluqlardır insana duyulmayacaq hissləri yaşadan...🌿

Okur Takip Önerileri

Tümünü Gör
Sən bir duru yaz yağmuru
Sən bir duru yaz yağmuru, mən bir quru torpaq, Qurbanın olum yağ, mənə can vermək üçün yağ. Müşk ətri saçan zülfünə, ey gözləri ahu, Köksümdəki divanəni eşq eylədi dustaq, Qurtar məni tənhalığımın dar quyusundan, Bərraq bir ümidlə səni gözlər gözüm ancaq. Qəlbim sənin öz doğma məkanındır, əzizim, Gəl mülkünə sahib çıx, olub yadlara tapdaq. Sən lütfi kimi qəm günü qəm çəkmə, əzizim, Bir ahına bəndəm ki, olam dərdinə ortaq. Həsən Lütfi ©
Nahid yorumladı.
🖇
Nahid okurunun profil resmi
Bu bir xəstə üçün və bir də duya bilən üçün elə təsirlidirki 🌿
Reklam
Nəyi pisdi?
Sən hər gecə göylərdə gümüş ay kimi parla, Mən şöləsi titrək çıraq olsam, nəyi pisdi? Sən incə zərif duyğuların məskəni cənnət, Mən orda xəyalən qonaq olsam, nəyi pisdi? Sən bir kitab ol, zövqü olanlar oxusunlar, Mən rəngi saralmış varaq olsam, nəyi pisdi? Sən nur ələyən hər yana büllur saray ikən, Mən torpağa yatmış otaq olsam, nəyi pisdi? Sən çay kimi ax, bəndləri sındır yolun üstə, Mən sadə ve səssiz bulaq olsam, nəyi pisdi?. Sən ruhunu azad ele zülmət qaralıqdan, Mən yarı qara , yarı ağ olsam, nəyi pisdi? Sən zirvəyə yüksəl ki, əlin göylərə çatsın... Mən də sənə hərdən dayaq olsam, nəyi pisdi?
Parlaq imzalarKitabı okudu
Hərbzadələrə
Ey görünməz dost elindən gələn quş! Hansı murdar əllər yıxmış yuvanı? Qəribmisən, yoxsa nədir bu duruş! Əlindənmi aldı ovçu balanı? Ovçu, görüm yavrun sənə qalmasın, Əkdiklərin solsun, kölgə salmasın!
Sayfa 142 - QanunKitabı okuyor
Nahid okurunun profil resmi
Ateş sadece düştüğü yeri yakmaz, eğer vicdan denilen bir şeye sahipsek nereye düşerse düşsün, düşen her ateş yüreklerimizi yakar... Ne diyordu Tolstoy: "Bir insan acı duyarsa canlıdır. Başkasının acısını duyarsa insandır." #gazze Muhammed Emin Yıldırım ©
582 öğeden 1 ile 5 arasındakiler gösteriliyor.