Nərgiz

10/10
·238 syf.··
Beğendi
·
2026 2. kitabı
·
24 saatte okudu
·
Okunma: 07 Şubat 2026 14:02
Yazardan oxuduğum ilk kitab idi . Hadisələr Fransada baş verir . Ancaq İran ruhu hiss edə bilirik kitabda. Lafayet adlı gənc Sofi adlı xanımla evlidi . İşsiz olduğu üçün həyatyoldaşı kitab yazması təklif edir ona . Və yaxşı kitab çıxarması üçün onu Korsikaya yollayır . Orada Əfşar adında qonşusu ilə tanış olur . Beləliklə kitab yazmaq üçün tapdigi mövzu və obraz hazır idi . Əfşar kesmekesli həyatı çox təsirli qələmə alınmışdı . Ümüd və sevgi qarışıq nələr yaşamişdi. Əfşar həyatyoldaşı İllaya olan sevgisi tamam başqa idi . Sonları kas başqa olardı. Kitabda yenə də İran qati qayda qanunlari ilə də yenidən tanış olmuş olur oxucu. Unutmayacagim bir obraz olacaqsan hər zaman Əfşar.
1000Kitap
Madam Floranın Rəngli DaşlarıNicat Kazımov · Fabula Nəşriyyatı · 202087 okunma
Reklam
8/10
Səssiz bir Peterburq gecəsi… Heç nəyin dəyişmədiyi, amma insanın içində hər şeyin dəyişə bildiyi o anlar. Bu hekayə məhz belə gecələrdən doğulur. Dostoyevski “Bəyaz Gecələr”də bizə yalnızlığın incə sızısını, ürəyin içində gizlənən ümidləri və tanımadığın bir insanla belə, bir neçə görüşün bütün dünyanı dəyişdirə biləcəyini göstərir. Bu kitab sadəcə bir sevgi hekayəsi deyil — xəyal quran bir adamın, həyata bir az gec çatan bir qızın və ikisinin arasında bulanıq qalan hisslərin portretidir. Burada ən çox sevdiyim şey: müəllif bizi qəhrəmanın daxili dünyasına elə yaxın buraxır ki, sanki o gecələri biz də onunla birlikdə yaşayırıq. Bəzən bir insanı bir gecəyə sığdırarsan… bəzən isə bir ömrə sığdıra bilməzsən. İnsan oxuduqca anlayır ki, hər kəsin içində bir az “xəyalpərəst” yatır.
1K
Beyaz GecelerFyodor Dostoyevski · Türkiye İş Bankası Kültür Yayınları · 2024102,1bin okunma
6/10
·344 syf.··
2025 11. kitabı
·
7 günde okudu
·
Okunma: 25 Ağustos 2025 16:27
Yazarın "Bəlkə də bu həqiqətdir " kitabı oxuyanlar , bu kitab vasitəsilə ilə Artur və Loranla qarşılaşacaqlar . Onların yaxın dostu isə baş obrazlardan biri Paul'dur . Pol - yazıçıdır. Uğurdan qaçan , səssizliyi seçən ,"taninmaqla deyil" . Mətnlərdə özünü ifadə edə bilsə də ,real həyatda çətinlik çəkən biri. Öz tənhalığı da yaşayan biri . Dostları onun bu tenhaligini pozaraq təsadüfən onu bir xanımla tanış edirlər Mia adında aktrisa ilə . Mia - ilk baxışda uğurlu, gözəl, tanınmış aktrisa. Amma daxildə boşluq var. Sevgi həyatında xəyanətlə üzləşmiş, özünü “başqasının kölgəsində” görməyə başlamış bir qadın. Bütün bu səs-küydən, rollardan, gözləntilərdən uzaqlaşmaq üçün o da qaçır – Londondan Parisə . Və burada onun əsl kimliyinə doğru yol başlayır. Mia və Paul’un tanışlığı nə romantik bir təsadüf, nə də klassik sevgi macərasıdır. Onlar *bir-birinin səssizliyini duyurlar*. Paul, Mia-nın içindəki parçalanmışlığı anlayır – çünki özü də bir zamanlar orada olub. Mia isə Paul-un içinə toxunmadan belə onu anlamağı bacarır. İkisinin münasibəti *tamamlanmaq yox*, *olduqları kimi qəbul olunmaq* üzərində quruludur. Bu, bir-birini dəyişdirmək deyil, sadəcə yanında susa bilmək qədər dəyərli bir bağdır.
1K
Qadın & KişiMarc Levy · Qanun Nəşriyyatı · 2016188 okunma
10/10
·400 syf.··
2025 9. kitabı
·
7 günde okudu
·
Okunma: 19 Temmuz 2025 16:49
Yazarın ilk kitabıdır, dedektiv janrda oxumağı sevenler üçün tövsiyyə edirəm . Həm maraqlı , həm də yorulmadan oxuya biləcəyiniz kitabdır . Qardaşının toy günü Nərmin nisanlisi Ferhadla ayrılmaq qərarına gəlir. Ancaq heç düşünməzdiki, bu qərar nələrə səbəb ola bilər. Bir sıra qətl hadisəsi baş verir . İlk öncə Fərhad qəzaya düşərək ölməsi xəbəri yayılır . Hərkəs onun özünü intihar etdiyini düşünür . Daha sonra Nərminin anası , gənc bir qadın , tanınmış bir həkim öldürülür. Ölən insanlarin ovcunda sevgi mektublari gönderilir . Herkes Fərhadın olduğu düşünür , ölməyib sağ qaldigi iddia olunur . Bele bir vəziyyət də cinayət axtarış şöbəsinin rəisi İmran bəy qatili tapmaq üzrə işə başlayır . Çıxdığı bu yolda İmran bəy həm işindən olunur , həmdə doğma insanı itirir . İmran bəy işindən uzaqlaşdirilsa da sübut edir ki, qatil Fərhad deyil . Qatil kim olduğu isə oxuyanda biləcəksiz .
1000Kitap
Məktubdakı QadınMürşüd Mehdi · Qanun Nəşriyyatı · 2024265 okunma
Puan vermedi·262 syf.··
2025 6. kitabı
“Ağ Qan” – Samira Amonun qələmindən çıxan, hər sətri ilə oxucunu dərin duyğulara qərq edən güclü bir əsərdir. Bu kitabda yalnız bir qadının hekayəsini deyil, hər birimizin içində yaşatdığı susqunluqları, qırılmış ümidləri və yenidən ayağa qalxma cəsarətini tapacaqsınız. Hər dəfə vərəqlədikcə həyatın başqa bir üzünü görəcək, özünüzə bir az da yaxınlaşacaqsınız. Bu kitabı oxuyarkən sakit bir guşə, bir stəkan çay və öz içinə enməyə hazır bir ruh yetər.
Duygu ve Düşünce
Ağ QanSamira Amon · Qanun Nəşriyatı · 202314 okunma
Reklam