Xəyanətin heç bir izahı, bəraəti yoxdur, xəyanət eşq, məhəbbət hərləmir.
Xəyanətə necə gözəl don geyindirirsən geyindir, motivin nə olub, səni bu yola nə təhrik edib, fərqi yoxdur, mahiyyət dəyişmir. Nəticədə heç nə səni məsuliyyətdən azad etməyəcək, baş verənlərin çox sadə izahı olacaqdı – “xəyanətkarsan”, vəssalam.
İçin tir-tir əsəcək, ürpənəcəksən mənsizlikdən. Bircə toxunuşum üçün bütün bədənin sızlayacaq. Çağırılmamış qonaq kimi gələcək xatirələrim. Qurtulmağın yollarını axtaracaqsan. O, sərt hərəkətlə yanaqlarından süzülən yaşı sildi.
– Ağlayıram gördüyün kimi, amma qısa çəkəcək. Yaxşı bax, bir gün bu göz yaşlarımı sildiyim kimi siləcəyəm səni də qəlbimdən. Fədakarlığımın, qurbanlığımın da vaxtı bitəcək. İçimdəki yerinsə pis xatirəyə çevriləcək. Axtarmayacağam bir də. Gözün telefonda, qulağın səsdə qalacaq. Qurtulacağam, azad olacağam.
Acı, ümüd,sevgi , ayrılık... insana dair her şey var bu kitabda . Kitab böyük itkidən bəhs edir . Suriyada müharibə nəticəsində məhv olan həyatlardan biri daha .
Nuri və Afra
Afra oğlunun partlayış nəticəsində həlak olmasını gözləri ilə görüb. Sonra közü kor olub. Nuri arıçı dir . Ona bu sənəti xalasioglu Mustafa öyrətmişdi . Muharibə onların əzizləri öldürməsindən sonra ən sevdikləri arıxanalari da məhv etmişdi . Bir zamanlar cənnət kimi görünən məkanları cəhənnəmə çevrilmişdi artıq . Nuri Afrani inadindan döndərib Mustafa yanına getmək istəyirdi . Artıq məhv olmuş şəhərlərində yaşamaq imkansız olmuşdu . Nuri Afrani fikrindən döndərə bildi. Mustafa yanına getmək üçün mübarizəli yollardan keçmək üçün hazirlaşdilar . Mustafa onlara hərşeyi məktub vasitəsilə izah etmisdi . Bu səyahət də isə Nuri Afra necə sevdiyi hiss etmişdi yenidən.
Kitabda çox üzücü hissələr vardı.Kitabda bəyəndiyim hissə : Mustafa ilə Nuri dostluğu, sonda ona sahib çıxmasına heyran oldum . İnsan həqiqətən həyatda çarəsiz qalması , kədəri iliklərinə qədər hiss edir.