Onlar qızın qapısında ayrıldılar, elə bil, aralarında heç nə olmamışdı. Onlar bir-birinin əlini sıxdılar, bir-birinə "Gecən xeyrə qalsın" dedilər, həm də Martin ədəb qaydası ilə şlyapasını bir balaca qaldırdı. Qapı çırpıldı. Martin papiros yandırdı və geriyə, mehmanxanaya qayıtdı.
"O indi aydın başa düşdü ki, heç bir zaman Rufu ürəkdən sevməmişdir. O, xəyalının yaratdığı nə isə ideal bir Rufu, səmalar xilqətini, poeziyasının ilham qaynağı olan nurlu və şəfəqli bir obrazı sevmişdir.. Əsl Rufu, burjua psixologiyası və məhdud burjua görüş dairəsi olan bir burjua qızını o heç bir zaman sevməmişdir."
- Siz indi də məni anlamırsınız. Siz tamamilə mənim sözlərimə mənim verdiyim mənanı vermirsiniz. Sizin üçün mənim dediklərimin hamısı sırf xəyaldır. Mənim üçün isə bu, həyat həqiqətidir.
"Qəti olaraq onun fikirləri birdən-birə başından çıxdı. O, hiss edirdi ki, susmağı yersiz görünməyə başlayır, lakin başının üstünü ölüm təhlükəsi alsaydı belə, nədən sözə başlamağı düşünüb tapa bilməzdi. "