Narmin︎

Narmin︎
@narminasgar
Ars longa, vita brevis...
Universal qanunlar
Hərdən olur, böyük dünyadan təcrid olub öz kiçik dünyama tapınıram. Ancaq ümidlənirəm ki, tale gec-tez mənim də üzümə güləcək. Doğrudan da, məni yaşadan ümidlərdir. Qəribədir, ümidlər də məni pis vəziyyətdə qoymurlar. Ümidimin biri puç olduqca tez başqa biri onun yerində peyda olur. Və mənim həyatım büsbütün ümidlərlə qaçdı-tutdu oynamaqdan ibarətdir...🌄🌱
Reklam
Bu sözləri eşitmək üçün bir ömür gözləmişəm. Bu yaşda, nəhayət bu sözləri eşitmək çox gecdirmi? Bizim üçün çox gecdirmi? İçimdən bir səs beləcə davam etməyimizi, bir-birimizə yaxşı davranmadığımızı düşünməməyi söyləyir. Belə olsa ağrısız ötüşmək olar. Bəlkə də o, bu gecikmiş etirafdan daha yaxşı olardı? Münasibətlərimizin tamam başqa cür ola biləcəyi barədə titrək, kövrək bir hiss keçir içimdən. Bunu düşünmək adama yalnız peşmanlıq verir. Sonrakı peşmanlıq kimə lazımdır? Bu heç nəyi qaytarmır! İtirdiyimiz şeyləri qaytarmaq mümkün deyil...🍁
Məni heç kimsə sevməyəcək kimi hiss edirəm, belə ən başdan dinləmək istəməyəcək, uşaqlıq xəyallarımı soruşmayacaq, ən sevdiyim şeylərə maraq etməyəcək kimi... Heç sevdiyim qədər sevilməyəcəm kimi hiss edirəm...☼︎