Hə, yiyəsizəm. Atası, anası, yaxınları ermənilər tərəfindən öldürülmüş, dayısı camaatın ağzını yığışdırmaqdansa, evindən çıxarıb yataqxana otağına göndərdiyi yiyəsiz bir qızam!
Bacısının yadigarıymışam. Evində saxlamağa utandığı, qoruya bilmədiyi, yataqxana otağına göndərdiyi yadigarı. Dayım dost-tanış arasında başı uca gəzsin deyə məni evindən çıxarır, amma halbuki mən onun başını aşağı edəcək bir gü- nah işləməmişəm. Əsir düşməyim, günlərlə zorlanmağım, əzablara dözərək sağ qalmağım mənim günahım deyildi axı.