Xalq taleyinin ən aydın şəkildə təsvir edən klassik əsərdir. Eyni zamanda xalqımızın XIX əsrin sonlarında təhsil həyatındakı yenilikləri,rus imperiyasının mədəniyyətimizə təsirini özündə əks etdirir.Azərbaycan klassikasının ən gözəl incilərindən biridir.Tövsiyə edirəm.Hadisələr kiçik bir Azərbaycan kəndi olan Göytəpədə cərəyan edir. Roman,kəndin ağası və nüfuzlu bir mülkədar olan Cahandar ağanın Allahyar adlı bir şəxsin həyat yoldaşı Mələyi götürüb qaçması ilə başlayır. Daha sonra hadisələr yüksələn xətlə inkişaf edir. Cahandar ağanın birinci həyat yoldaşı Zərnigar xanım olanlara narazılığına bildirərək Mələyi evdən qovmağa cəhd edir. Cahandar ağanın böyük oğlu Şamxal anasını haqlı sayaraq atası ilə toqquşur və evi tərk edir, kiçik oğlu Əşrəf isə atasının etirazlarına baxmayaraq, Qori Müəllimlər Seminariyasına oxumaq üçün gizlincə yola düşür.Əşrəf&Əhməd&Kipianinin qətiyyətlə öz doğrusundan dönməməsi.Şamxalın ailəsinə qarşı olan qeyrəti və vəzifəsini dərk etməsi. Cahandar ağanın zəhmi.Mələk&Salatının ürkəkliyi və çarəsizliyi. Zərnigarın səbri və analıq hissi..Əsəri oxuduqca başlı başına hər obrazın öz qəlbinin duymaq, xarakterini yaxından mülahizə etmək mümkün idi.Axıcı əsərdir."Bir səhv insanın sonunu gətirə bilər" dediyim bir kitab oldu. Həqiqətən də Cahandar ağanın pis yoxsa yaxşı olmasına hələ də qərar verə bilməmişəm. Çünki düşünürəm necə ola bilər ki, öz namusunu hər şeydən qoruyan insan, başqasının namusuna əl uzadıb bütün həyatını məhv edə bilər?Bir insan həm qatil olub özünə nifrət yarada bilər, həm də canı qanı bahasına torpağını qoruyub sevgi qazana bilər?! Çox söz demək olar bu obraz haqqında. Amma oxuyub siz öz baxış bucağınızdan dəyərləndirin.
Təbii ki, kitab təkcə Cahandar ağa ilə yekunlaşmır. Eyni zamanda burdakı qadınların həyatı ilə tanış oldum, iç